Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


10.06.2019  17:19 

“Başakşəhər”in yeni baş məşqçisi bilindi





A+  A-

Türkiyənin “Başakşəhər” klubunun yeni baş məşqçisi müəyyənləşib.
XəzərNews.az xəbər verir ki, Super Liqada geridə qalan mövsümü ikinci pillədə başa vuran və UEFA Çempionlar Liqasına vəsiqə qazanan İstanbul klubunu bundan sonra Okan Buruk çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər sabah rəsmi müqaviləyə imza atacaqlar.

Okan Burukun son iş yeri Super Liqanın digər təmsilçisi “Rizəspor” olub. O, 18 kollektiv arasında 11-ci olan bu komandanı iki həftə öncə öz istəyi ilə tərk etmişdi.

“Başakşəhər”i isə son mövsümdə Abdulla Avcı çalışdırıb. O, “Beşiktaş”dan təklif aldığı üçün, bu klubdan ayrılmaq qərarına gəlib.

Xəbər 1644 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +