Yeni tikili binalarda qaraj fırıldağı - VİDEO
CHP-li bələdiyyə başqanı Öcalanı təhqir etdi: “Erməni atan...”
Ceyhun Bayramov Abu-Dabiyə səfər edib
ATƏT Krivoy Roqa görə təcili iclas çağırdı
Ədalət Verdiyev azadlığa buraxıldı
Kiyevdə mənzil kirayələri ucuzlaşıb - Qiymətlər
53 nəfərin mənzilindən qaz sayğaclarını oğurlayıblar
51 nəfərin diplomu tanınmayıb - Səbəb?
Xanlar Vəliyev vəzifəsindən gedir?
“AFB Bank” kredit faizlərini artırıb


26.01.2018  09:38 

Parkda arvadının başını kəsmək istədi





A+  A-

Göyçay rayonunda baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı yeni məqamlar üzə çıxıb.
XəzərNews.az Lent.az-a istinadən xəbər verir ki, rayonun Kürdəmiş kənd sakini olan 42 yaşlı Rəşad Həşimov həyat yoldaşı, 31 yaşlı Vüsalə Kərimovanı Göyçay şəhərinin mərkəzindəki parkda bıçaqlayandan sonra onun başını kəsməyə çalışıb.

İlkin araşdırma zamanı məlum olub ki, o, boşanmaq ərəfəsində olduğu xanımına 8 bıçaq xəsarəti yetirib. Daha sonra bıçağı qadının boğazına dirəyərək, onun başını kəsməyə çalışan R.Həşimova ətrafdakı insanlar mane olub. Onlar müdaxilə edərək qadını 42 yaşlı kişinin əlindən alıblar. Vüsalə Kərimova Göyçay şəhər Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Hadisədən sonra bıçaqla özünə ağır xəsarət yetirən R.Həşimov da həmin xəstəxanaya aparılıb.

Qeyd edək ki, məsələ haqda Göyçay rayon Prokurorluğundan verilən məlumata görə kənd sakini, 1976-cı il təvəllüdlü Həşimov Rəşad Fikrət oğlu həyat yoldaşı, 1987-ci il təvəllüdlü Kərimova Vüsalə Eyvaz qızı ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə R.Həşimov həyat yoldaşı V.Kərimovanı bıçaqlayıb. Bir neçə bıçaq zərbəsi alan V.Kərimova xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsiklə cinayət işi başlanılıb.

Hadisəni törədən R.Həşimov saxlanılıb.

Xəbər 1586 dəfə oxunub.



07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!

07.04.2025  15:38 

Fürsətcilin ÖZÜNÜİFŞASI


BÜTÜN XƏBƏRLƏR +