Daha 3 itkin şəhid dəfn ediləcək
Ukrayna “Sikorsky S-76A” helikopteri alıb
Hədə-qorxu gəlib pul tələb edən şəxs saxlanılıb
Tbilisidə həbs edilən azərbaycanlı jurnalist azad edilib
Bakıdakı “casus yuvası” yenidən açılacaq?
Şabrançayda batan 2 nəfərin meyiti çıxarıldı
Bank kartlarından oğurluqlar davam edir
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı


13.07.2020  11:43 

Koronavirusa yoluxan şəxs küçəyə çıxıb qonşusu ilə dalaşdı





A+  A-

Quba rayonu Qam-qam kənd sakini Mətləb Neymətullayev COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə bir müddət rayon ərazisində yerləşən xəstəxanada müalicə alıb, daha sonra isə ona ev şəraitində müalicə təyin edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, M. Neymətullayev evə buraxılan zaman ona karantin qaydaları izah olunub və tətbiq olunan qaydalara riayət etməsi, eləcə də yaşayış yerini tərk etməməsi tapşırılıb. Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib və qonşusu olan bir şəxslə mübahisə edərək dalaşıb.

Polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və kənd sakinlərinin sağlamlığı üçün ciddi təhlükə yaradan M.Neymətullayevin törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb, yaşadığı ünvana qaytarılması təmin edilib və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

M.Neymətullayevin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırmalar davam etdirilir.

Xəbər 1666 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?


BÜTÜN XƏBƏRLƏR +