Daha 3 itkin şəhid dəfn ediləcək
Ukrayna “Sikorsky S-76A” helikopteri alıb
Hədə-qorxu gəlib pul tələb edən şəxs saxlanılıb
Tbilisidə həbs edilən azərbaycanlı jurnalist azad edilib
Bakıdakı “casus yuvası” yenidən açılacaq?
Şabrançayda batan 2 nəfərin meyiti çıxarıldı
Bank kartlarından oğurluqlar davam edir
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı


29.06.2020  11:46 

Karantini pozan sürücü saxlanıldı





A+  A-

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman respublika ərazisində elan edilmiş xüsusi karantin qaydalarını pozaraq Bakı şəhərindən ölkənin şimal rayonlarına kəndlərarası yollarla sərnişin daşımağa cəhd edən Eldəniz Qurbanovu saxlayıblar.
XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, E.Qurbanov sanitariya-gigiyena və karantin qaydalarını pozaraq, istifadələrində olan “Opel” markalı avtomobillə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti almaqla onları ölkənin şimal rayonlarına aparacağını vəd edərək, qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olub.

Faktla bağlı Xızı RPŞ-də toplanmış materiallar qanunvericiliyin tələblərinə əsasən qərar qəbul edilməsi üçün aidiyyəti üzrə Xızı rayon məhkəməsinə göndərilib və məhkəmənin müvafiq qərarlarına əsasən E.Qurbanov inzibati məsuliyyətə cəlb olunub.

Xəbər 1700 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?


BÜTÜN XƏBƏRLƏR +