Daha 3 itkin şəhid dəfn ediləcək
Ukrayna “Sikorsky S-76A” helikopteri alıb
Hədə-qorxu gəlib pul tələb edən şəxs saxlanılıb
Tbilisidə həbs edilən azərbaycanlı jurnalist azad edilib
Bakıdakı “casus yuvası” yenidən açılacaq?
Şabrançayda batan 2 nəfərin meyiti çıxarıldı
Bank kartlarından oğurluqlar davam edir
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı


15.05.2020  12:10 

Tələbəni öldürən şagird əməlini etiraf etdi





A+  A-

Zaqatala rayonunda 11-ci sinif şagirdi törətdiyi qətli etiraf edib.
Zaqatala rayon prokurorluğundan XəzərNews.az-a verilən məlumata görə, mayın 14-də saat 19 radələrində 2002-ci il təvəllüdlü Zaqatala rayonu Mosul kənd sakini İlyas İlyasovun bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Cinayətin 2003-cü il təvəllüdlü rayon sakini Ə. Ə. tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Ə.Ə. cinayəti etiraf edib və səmimi peşman olmasını bildirib. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Ə. Ə. 11-ci sinif şagirdidir. Qətlə yetirilən İ.İlyasov isə Gürcüstan Respublikasındakı ali təhsil ocaqlarından birinin birinci kursunda təhsil alırmış.

Xəbər 2002 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?


BÜTÜN XƏBƏRLƏR +