“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


06.07.2022  14:06 

“Onlardan rüşvət almayıblar” - Etibar Məmmədov





A+  A-

“Bizneslə məşğul olmaq cinayət deyil. 2004-cü ildə partiya sədrliyindən istefa verdikdən sonra mən tam sərbəst adam idim. Bizneslə də məşğul ola bilərəm. Heç bir tərəfdən mənə qadağa yoxdur”.

XəzərNews.az xəbər verir ki, bu sözləri AMİP-in fəxri lideri Etibar Məmmədov “Çətin sual” proqramına müsahibəsində biznes fəaliyyəti ilə bağlı yayılmış məlumatlara münasibət bildirirəkən deyib.

Onun sözlərinə görə, deputatlıq səlahiyyəti bitdikdən və AMİP sədrliyindən istefa verdikdən sonrakı dönəmdə birbaşa hər hansı biznes fəaliyyəti olmayıb: “O dövrdə heç bir biznes fəaliyyətim olmayıb. Sadəcə bizneslə məşğul olan ailə üzvlərimə məsləhət, stiqamət vermişəm. Birbaşa biznes fəaliyyətim olmayıb. Böyük ailəm, qohumlarım var. Onlar bizneslə məşğul olublar. Lazım olanda onlara kömək etmişəm”.

“Bina tikintisi və satışı ilə məşğul olduğunuz, şirkətinizin olduğu deyilir. Buna aydınlıq gətirə bilərsiniz?” sualının cavabında E.Məmmədov deyib: “Bu şirkətlər mənim qohumlarımındır. Təbii ki, onlara da kömək eləmişəm. Üstünlük ondadır ki, mənim qohumlarıma aid olan şirkətlərdən rüşvət almayıblar”.

Etibar Məmmədov bir müddət işsiz qaldığını da açıqlayıb: “Mən BDU –da müəllim işləyərkən deputat seçilmişəm. Qanuna görə, deputatlığım saəlhiyyəti bitdikdən sonra öz iş yerimə qayıtmalı idim. 2000-ci ildən sonra mənə BDU-da iş yerimə qayıtmağıma imkan verməyiblər. Faktik olaraq mən məcburi işsiz vəziyyətində qalmışam. Peşəm olan müəllimliyi və alimliyi davam etdirmək imkanım olmayıb. Mənə indi bu yöndə böhtan atanların əksrəyyəti isə öz işlərində qalıblar”./Azpost.info

Xəbər 1987 dəfə oxunub.




23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +