“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


27.12.2021  11:49 

“Müharibə əlili və ya yararlı var, oturub gözləyir, onun qapısı nə zaman döyüləcək” - Deputat





A+  A-

“Azərbaycanda Birinci Qarabağ mühairbəsindən 20 minə yaxın, İkincidən isə 3000 minə yaxın şəhid ailəsi var. Əlavə olaraq, sağlamlıq və digər səbəblərdən dövlət dəstəyinə ehtiyacı olan müharibə əlilləri var”.

XəzərNews.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

R.Nurullayev bildirib ki, onlara dövlət qurumları tərəfindən müxtəlif köməkliklər edilir:

“Elə olur ki, bir ailəyə, bir əlilə beş-on dəfə kömək edilir, elə ailə və əlil var ki, heç qapısı döyülməyib. Ayrı-ayrılıqda dövlət qurumları, o cümlədən özəl şirkətlər, fərdi şəxslər müraciət edən şəhid ailəsinə və əlilə yardım edir, ev verir, işə götürür, digər problemlərini həll edir. Əsasən, “Yaşat” fondu kömək etdiyi şəhid ailəsi və ya əlil ilə bağlı tam məlumatlara malikdir və bunu tənzimləyə bilir.

Ortada olan qarma-qarışıqlığı aradan qaldırmaq üçün təklif edirəm:

Birincisi, ASAN xidmət bu sahədə daha mütərəqqi və əlçatan internet resurslarına malik olduğu üçün bütün bu tip məlumatlar ASAN xidmətdə emal edilsin və vahid mərkzədə - Şəhid ailələri, mühairbə əlilləri və bu kateqoriyadan olan şəxslərin dövlət Reyestrində birləşdirilsin.

Ikincisi, bu vahid informasiya mərkəzinə hər kəsin çıxışı olsun. Bir dövlət qurumu, yaxud özəl şirkət, fərdi sahibkar və digərləri müraciət edən şəxslə bağlı o resursa daxil olsun və bütün məlumatları görsün. Bunu qanunvericilik səviyyəsində edə bilsək, bir çox problemləri yerində həll edə bilərik.

Qoy şəhid ailələri, mühairbə əlilləri və sağlamlıq problemi olan digərləri bu təklifə görə məndən inciməsinlər. Elə edək ki, bütün şəhid ailələri və ehtiyacı olan müharibə əlilləri əhatə olunsun. Elə olmasın ki, bir ailə və ya şəxs müxtəlif dövlət orqanlarından yararlana bilsin, digərləri isə kənarda qalsın. Onların yüz dəfə də yararlanmaq haqlarıdır və halalları olsun. Amma, növbəli şəkildə. Elə ailə və müharibə əlili və ya yararlısı var ki,oturub gözləyir ki, onun qapısı nə zaman döyüləcək.

Üçüncüsü, bütün şəhid ailələrinin, müharibə əlillərinin və bu kateqoriyadan olan digər ehtiyaclı şəxslərin da bu reyestrdə birləşdirilməsi zamanı onların mövcud problemləri də göstərilsin. Dövlət orqanları, fərdi şəxslər də kömək etmək istəyən zaman güclərinə və istəklərinə uyğun seçim edə bilsinlər. Bunu edə bilsək, xaricdə yaşayan azərbaycanlılar da bu işdə yaxından iştirak edə və yükümüzü hətta 50% azalda bilərlər”.


Xəbər 1697 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +