Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel
İsrail Yəmən və Qəzza zolağından hücum edib
Ukrayna Rusiya ilə tam atəşkəs ideyasını dəstəkləyir - Səfir
“TikTok“er 10 sutkalıq həbs olundu
Elnarə Abdullayevanın 4 milyona tikdirdiyi villası - VİDEO
Neftin qiyməti bəlli oldu
Yaşayış binasında qaz partlayışı baş verib
Son 24 saat ərzində 165 hərbi toqquşma


08.08.2019  10:57 

Bakı-Sumqayıt yolunda QƏZA - Tıxac yarandı





A+  A-

Bakı-Sumqayıt turizm şirkətinə məxsus avtobusla sərnişin daşıyan 525 saylı avtobus toqquşub.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova XəzərNews.az-a bildirib ki, hadisə nəticəsində ölüm faktı qeydə alınmayıb:

“Hazırda Xidmətin və DYP-nin əməkdaşları hadisə yerindədir. İlkin məlumata görə, turizm şirkətinə məxsus avtobusun sürücüsü yağışlı havada sıxlıqdan çıxmağa cəhd edərək idarəetməni itirərək, 525 saylı sərnişin avtobusunun sürücüsünü də çaşdırıb. Nəticədə 525 saylı avtobus tur şirkətə məxsus avtobusa çırpılıb”

N.Allahyarova qeyd edib ki, hadisə ilə əlaqədar yolda sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyi də qəza ilə bağlı məlumat yayıb. BNA-dan saytımıza verilən məlumata görə, bu gün səhər saat 06:30 radələrində Xırdalan dairəsində zəncirvari yol nəqliyyat hadisəsi baş verib:

“Hadisə ilə bağlı müvafiq araşdırma aparılıb. Zəncirvari qəzada zərər görən 199 nömrəli müntəzəm marşrut xətti üzrə daşıyıcı şirkət "Xaliq Faiqoğlu" MMC-dən verilən məlumata görə qəza 525 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun işçiləri daşıyan servis avtobusuna dəyməsi nəticəsində baş verib. Həmin vaxt ərazidən keçən 199 nömrəli müntəzəm marşrut xətt üzrə avtobusun sürücüsü qəzadan yayınmaq üçün manevr etsə də nəqliyyat vasitəsi sürüşərək Niva markalı avtomobilə dəyib. Niva isə digər minik avtomobilinə dəyib”.
Qeyd olunub ki, qəza nəticəsində servis avtobusundakı sərnişinlərdən bir neçəsi xəsarət alıb.
Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, avtoqəza nəticəsində Respublika Klinik Xəstəxanasına 5 nəfər gətirilib:

“Xəstəxanaya 50, 58, 41 yaşlı qadınlar və 59, 23 yaşlı kişilər olmaqla ümumilikdə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə müraciət edib. Yaralılara lazımi tibbi yardımlar göstərilib və ambulator müalicəyə buraxılıblar”.

Xəbər 1342 dəfə oxunub.



25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...


BÜTÜN XƏBƏRLƏR +