“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


04.10.2017  10:35 

“Ciblərini doldurur” - Bakı merinə ittiham





A+  A-

Paytaxtda addımbaşı dekorativ ağaclar göz oxşayır. Amma bu cür ağaclara üstünlük verilməsinə müsbət baxmayan ekoloqlar belə bir tendensiyanın gərəkli olmadığı qənaətindədirlər. Çünki hər bir ağacın ölkənin iqliminə uyğunluq dərəcəsi nəzərə alınmalıdır.
Çoxlarına məlumdur ki, bu cür ağacların kölgəsi olmur. Həm də dekorativ ağacların ölçüsü çox kiçik olur ki, bu da yaşıllıq effektinin zəif olduğunu ortaya qoyur. Ümumiyyətlə, Bakıda dekorativ ağaclara ehtiyac varmı?

XəzərNews.az xəbər verir ki, Ekoloq Telman Zeynalov Modern.az-a deyib ki, dekorativ ağaclar birbaşa parklarda, yol kənarlarında əkilməməlidir. “Dekorativ ağaclar birdən-birə parklarda, yol kənarlarında əkilməməlidir. Bunun üçün öncə Botanika bağında bəslənməlidir. Ən azı 5 il uyğunlaşma dövrü keçməlidir. Çünki xaricdən gətirilən bitkilərin bizim iqlimə uyğunlaşması üçün bu vacib elementdir. Həmin müddəti keçmək lazımdır. Çünki gətirilən dekorativ bitkilərin yarpaqları arasında cürbəcür quşların yumurtaları olur”.

Ekoloqun sözlərinə görə, bu cür ağaclar birbaşa xəstəlik daşıyıcılarıdır. “Xaricdən gətirilən bitkilər heç də bizim xeyrimizə deyil. Sadəcə, bəzi qurumların niyyəti pul qazanmaqdır ki, bu yola əl atırlar. Əgər Bakının estetik zövqünü inkişaf etdirmək niyyətindəsənsə, öncə həmin bitkilərin bizim təbiətdə uyğunlaşma dövrü keçməsinə şərait yarat, sonra get, həmin bitkiləri təbiətdə ək. Birbaşa parklara, yol kənarlarına əkilən dekorativ bitkilər xəstəlik mənbəyidir. Onların birbaşa yol kənarına əkilməsi insan orqanizmi üçün də təhlükəlidir. Dediyim kimi, yarpaqlarında həşəratlar yuva salır”.

Telman Zeynalov deyir ki, dekorativ ağaclar ölkəyə gətirilərkən qəpik hesabına başa gəlmir: “Dekorativ bitkilərin ölkəyə gətirilməsi od qiymətinə başa gəlir. Əslində, bitkilərin xaricdən baha qiymətə gətirilməsi bəzi qurumlara sərf edir. Bu yolla ciblərini doldura bilirlər. Sonra da həmin dekorativ ağaclar tələf olanda deyirlər ki, bizim təbiətə uyğun olmadığına görə məhv oldu. Hər şey qanunla idarə olunmalıdır. Xaricdən alıb gətirməklə həmin bitkini iqlimə uyğunlaşdırmaq lazımdır. Bir haşiyə çıxım. 12 il bundan qabaq Bakının meri cənab Hacıbala Abutalıbov paytaxtımıza Avstraliyadan evkalipt ağacları gətizdirmişdi. Şəhidlər Xiyabanına gedən yolda evkalipt ağacları əkilmişdi. Bir az şaxta düşən kimi həmin ağaclar məhv oldu. Birincisi, evkalipt ağacları bataqlıq ağaclarıdır. Bizim ərazi isə bataqlıq deyil. Ona görə də xaricdən gətirilən istənilən ağacı təbiətə uyğunlaşdırıb sonra əkmək lazımdır. Həm də mütəxəssis rəyi nəzərə alınmalıdır ki, amma bizdə buna baxılmır”.

Xəbər 1305 dəfə oxunub.



23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +