Ramazan ayının 25-ci günü
Parisdə Novruz qeyd olundu - Foto
Qəzada ölən soydaşımızın yaxınları axtarılır
İmamoğlunun həbsinə görə aksiyalara qoşulmayın... - Müraciət
Ermənidən daha çox ermənilik edən azərbaycanlı kimdir?
İtkin düşmüş üç rəfiqədən daha biri tapılıb.
Sabah hava necə olacaq?
Əli Əhmədova ağır itki üz verib
“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq


12.05.2017  15:24 

Baş nazir dəyişiklik etdi - Maaşlar artırıldı





A+  A-

“Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri haqqında” Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib.
XəzərNews.az xəbər verir ki, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan prezidentinin 2017-ci il 21 yanvar tarixli 2608 nömrəli Sərəncamının 2-ci hissəsinə əsasən Nazirlər Kabineti qərar verib. Dəyişikliyə görə, bütün tipdən olan ümumtəhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri, fəhlələri üçün tədris məşğələləri aparan professor, elmlər doktoru üçün saathesabı ödənilən məbləğ 4,85 manat (hazırda 4,40 manat), dosent, fəlsəfə doktoru üçün 3,20 manat ( hazırda 2,90 manat), elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 2,50 (hazırda 2,25 manat) müəyyənləşdirilib.

Xüsusi təyinatlı (hərbi, milli təhlükəsizlik və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyiciləri olan tədris məşğlələrini aparan professor, elmlər doktoru üçün saathesabı ödənilən məbləğ 5,75 (hazırda 5,20 manat), dosent, fəlsəfə doktoru üçün 4,15 (hazırda 3,75 manat), elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 2,80 (hazırda 2,55 manat ) müəyyən edilib.

Aspirantlar, ali təhsilli rəhbər işçilərin və mütəxəssislərin ixtisasartırma kurslarının dinləyicilərinə dərs deyən professor, elmlər doktoru üçün saathesabı ödənilən məbləğ 6,95 (hazırda 6,30manat), dosent, fəlsəfə doktoru üçün 4,85 ( hazırda 4,40 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 3,20 (hazırda 2,90 manat) olacaq.

Əməyin saat hesabı ödənilmə məbləğlərinə məzuniyyət haqqı daxil edilir. Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor, elmlər doktoru üçün 5,75 manat, dosent, fəlsəfə doktoru üçün 4,15 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 2,80 manat müəyyənləşdirilir.

Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saat hesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 3,65 manat, çılpaq naturada isə 6,05 manat məbləğində müəyyən olunur. Əməyin saat hesabı ödənilmə məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil olunur.

Xəbər 1601 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub


BÜTÜN XƏBƏRLƏR +