“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


18.04.2017  16:08 

Ölkənin maliyyə qurumlarının rəhbərləri toplantı keçirdi





A+  A-

Ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə Azərbaycan prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanı ilə yaradılmış Maliyyə Sabitliyi Şurasının iclası keçirilib.
Mərkəzi Bankın mətbuat xidmətindən XəzərNews.az-a daxil olan xəbərədə bildirilir ki, baş naziri, Maliyyə Sabitliyi Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclas cari ilin I rübünün yekunlarına həsr edilib.

İclasda Maliyyə Sabitliyi Şurasının üzvləri - Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov, maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Şahin Mustafayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov iştirak edib.

Maliyyə Sabitliyi Şurasının katibliyi tərəfindən təqdim olunan icmal-hesabatda ölkədə gedən makroiqtisadi proseslərin, habelə 2016-cı ilin sonunda Maliyyə Sabitliyi Şurası tərəfindən qəbul edilmiş "2017-ci ilə və ortamüddətli dövrə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üzrə tədbirlər planı"nın icra vəziyyətinin təhlili öz əksini tapıb.

Müzakirələr zamanı qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş iclasında qeyd olunduğu kimi cari ilin I rübündə milli iqtisadiyyatın inkişafında pozitiv dinamika və makroiqtisadi sabitlyin təmin olunmasında müsbət trendlər yaranıb. Aylıq inflyasiya tempi yanvar ayından sonra düşməyə başlayıb, manatın məzənnəsinin ucuzlaşması dayanıb və hətta manat müəyyən qədər möhkəmlənib, iqtisadi artım bərpa olunub. Əlverişli neft qiymətləri və məzənnə şəraitində tədiyə balansı tarazlaşmağa başlamış, ölkənin strateji valyuta ehtiyatları artıb.

Cari ilin ötən dövründə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasına, o cümlədən valyuta bazarının tarazlaşdırılmasına yönəlmiş tədbirlər üzən məzənnəyə keçid istiqamətində mühüm qərarlar qəbul edilməsinə zəmin yaradıb. Ötən illərdə yaranmış və valyuta bazarına ciddi mənfi təsir göstərən borc öhdəliklərinin makroiqtisadi çərçivədən (daxili valyuta bazarından) kənarlaşdırılaraq əlahiddə rejimdə həll edilməsi, valyuta rejiminin təkmilləşdirilməsi, gömrük-tarif siyasəti sahəsində idxalın məhdudlaşdırılması, habelə ixracın stimullaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər valyuta bazarına stabilləşdirici təsir edib. Valyuta bazarında sabitləşmə meyillərinin başlaması manatın məzənnəsinə adekvat təsir göstərib və bu, inflyasiyanın məqbul səviyyədə saxlanması və de-dollarlaşmanın başlanması üçün makroiqtisadi zəmin yaratmaqdadır.

Maliyyə sisteminin dayanıqlığının təmin edilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilib, Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması və Əmanətlərin Sığortalanması Fondunun kapitalizasiyası istiqamətində mühüm qərarlar qəbul edilib. Görülmüş bu tədbirlər maliyyə sabitliyinin təmin olunmasına öz təsirini göstərəcək.

Yekunda qeyd olunmuşdur ki, ilin qalan dövründə də makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsinə yönəldilmiş siyasət davam etdirilməlidir. Başlıca vəzifələr makroiqtisadi siyasətin çevikliyinin təmin edilməsi, yeni şəraitdə formalaşan risklərə qarşı adekvat tədbirlərin görülməsi, makroiqtisadi siyasətin koordinasiyasının daha da gücləndirilməsi, formalaşan rəqabət üstünlüklərindən iqtisadi artımın daha da sürətləndirilməsi üçün nəzərdə tutulan struktur islahatlarının həyata keçirilməsi davam etdiriləcək.

Xəbər 1904 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +