Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


24.11.2021  23:20 

Əhalinin banklardakı pulunun məbləği açıqlandı





A+  A-

2021-ci ilin noyabr ayının 1-nə Azərbaycanda kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin həcmi 26 114 800 000 manat olub.

XəzərNews.az xəbər verir ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə depozit və əmanətlərin həcmi 16,4 faiz, əvvəlki ayla müqayisədə isə 1,6 faiz artıb.

Vəsaitlərdən 8 887 400 000 manatı fiziki şəxslərin əmanətlərini, 2 003 400 000 manatı maliyyə təşkilatlarının, 15 224 000 000 manatı isə qeyri-maliyyə təşkilatlarının vəsaitlərini əhatə edib.

Fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi ötən ilin müvafiq dövrünə nəzərən 12,9 faiz, oktyabr ayı ərzində isə 49 300 000 manat məbləğində artıb. Onların əmanətlərinin 56,7 faizi milli valyutada, 43,3 faizi isə xarici valyutada olub. Manatla olan əmanətlərin həcmi oktyabr ayında da xarici valyutada olan əmanətlərin həcmini üstələyib.

Rezidentlərə məxsus əmanətlərin həcmi fiziki şəxslərə məxsus əmanətlərin 96,6 faizini təşkil edib. Qeyri-rezidentlərin, yəni ölkə hüdudlarından kənarda yaşayan və ya ölkədə müvəqqəti qalan fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi noyabr ayının 1-nə olan vəziyyətə görə, 299 700 000 manat təşkil edib.

Ötən ilin müvafiq dövrünə olan göstəricilərlə müqayisədə maliyyə təşkilatlarının depozitlərinin həcmi 11,8 faiz, illik müqayisədə isə 2,1 faiz artıb.

Noyabr ayının 1-nə qeyri-maliyyə qurumlarının depozitlərinin həcmi 1 faiz, illik müqayisədə isə 20,7 faiz artıb.

Xəbər 1874 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +