Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


24.07.2020  12:49 

“Heç kim Türkiyəni sanksiya ilə hədələyə bilməz”





A+  A-

"Heç kimin Türkiyəni sanksiyalarla təhdid etməyə haqqı yoxdur".
XəzərNews.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy deyib. O bildirib ki, Fransa Şərqi Aralıq dənizində baş verən hadisələrlə bağlı hər açıqlamadan sonra bitərəfliyini itirir.

"Fransa Şərqi Aralıq dənizindəki hadisələr kontekstində etdiyi hər açıqlaması və hər səhv addımı ilə neytral qalmaq və sabitliyə töhfə vermək şansını itirir. Prezident Makronun açıqlamaları ölkəmiz üçün əhəmiyyət kəsb etmir. Heç kimin Türkiyəni sanksiya dili ilə təhdid etmək hüququ yoxdur",-deyə Hami Aksoy bildirib.

Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron Aİ-ni Şərq Aralıq dənizindəki su sərhədlərini pozan ölkələrə qarşı sanksiyalar tətbiq etməyə çağırmışdı. Kipr və Yunanıstanla həmrəy olduqlarını bildirən Makron Türkiyəni suverenliyini pozmaqda ittiham edib.

Xəbər 1768 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +