Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


27.01.2025  21:04 

Azərbaycanlı Rusiyada içkili halda evə girdi, ağır qətl törətdi





A+  A-

Rusiyanın Stavropol diyarının Nevinnomyssk şəhərində cinayət hadisəsi baş verib.

XəzərNews.az xəbər verir ki, hadisə dünən axşam baş verib.

Belə ki, Rusiyada yaşayan azərbaycanlı Daşdəmirov Səid Arif oğlu həm içkili, həm də narkotik vasitələrin təsiri altında rus ailəsinin evinə girərək bir nəfəri qətlə yetirib.

Hadisədən dərhal sonra cinayəti törədən azərbaycanlı hüquq -mühafizə orqanları tərədindən saxlanılıb.

Stavropol vilayəti “Odlar Yurdu” Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Fəxrəddin Yarıyev saytımıza bildirib ki, baş verən bu kimi hadisələr Stavropolda yaşayan azərbaycanlılar üçün hər hansı təhlükə yaratmır:

“Bilirsiniz ki, cinayətkarın milliyyəti olmur. Bu kimi cinayət hadisələri təəssüf ki, həm soydaşlarımız, həm də digər millətlər tərəfindən zaman-zaman törədilir. Əlbəttə ki, bu gün hadisələrdən sonra miqrantlarla bağlı məsələlər də sosial mediada qabardılır. Bildirilir ki, guya Rusiya tərəfindən miqranlar sıxışdırlır. Bu düzgün informasiya deyil. Digər ölkələr kimi, Rusiyanın da öz qanunları var. Orada yaşayan miqrantlar da bu qanunlara əməl etməlidirlər”.

İsmayıl
XəzərNews.az


Xəbər 2298 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +