“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


31.08.2023  14:51 

Arayikin Fidan-Lavrov görüşünə saatlar qalmış istefası...





A+  A-

Arayikin Moskvada keçiriləcək Fidan-Lavrov görüşünə saatlar qalmış istefası həm də Türkiyə-Rusiya danışıqlarında Cənubi Qafqaz mövzusunun ön sıraya qoyulacağının anonsu sayıla bilər.

XəzərNews.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Elxan Şükürlü deyib.

"Görünən odur ki, 44 günlük savaş dönəmində olduğu kimi, bundan sonra da Türkiyə və Rusiya Qərbin Qarabağ üzərindən Cənubi Qafqaza müdaxiləsinin önünü kəsməkdə qərarlıdır və hazırlanan Putin-Ərdoğan görüşündə də əsas uzlaşdırılmış mövqe məhz Qarabağla bağlı olacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi məşhur "Nəyi, haçan və necə etməyi mən bilirəm" kəlamının arxasında da, əslində, bu üçlü razılaşmanın bölgədə gedən geopolitik savaş səbəbindən cəmiyyətə açıqlanmayan detalları yatır.

Azərbaycan əmin şəkildə, addım-addım, səbrlə Xankəndini tamamilə Bakının iradəsinə tabe etdirmək istiqamətində irəliləyir və onun bu planına iki qonşusu və müttəfiqi - Rusiya və Türkiyə də dəstək verir.

Qərbin hazırda Fransa və Almaniyanın vasitəsi ilə daha açıq şəkildə həyata keçirdiyi pozucu müdaxilələri isə məhz bu planı pozmağa hesablanıb" - deyə E.Şükürlü əlavə edib.

Xəbər 1261 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +