“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


08.11.2022  13:57 

Sabiq millət vəkili sayt açdı...- “Haqlının yanında, haqsızın qarşısında!”





A+  A-

Sabiq millət vəkili, jurnalist Etibar Hüseynov sayt açıb.

XəzərNews.az xəbər verir ki, E.Hüseynov açdığı saytın məqsədi və faliyyəti ilə bağlı aşağıdakıları yazıb:

- Əslinə qalanda “Protest.az”-ın domenini aylar əvvəl almışdım. Amma hər dəfə qollarımı çirmələyib “ Bismillah” deyib işə başlamaq istəyəndə, qarşıya çıxan gözlənilməz problemlər nəticəsində təxirə salmalı olurdum. Qismət “ Zəfər günü”nə imiş- mənim aləmimdə çağdaş Azərbaycan tarixinin ən möhtəşəm gününə. Bu günün gölgəsinə sığındığımıza görə Ali Baş komandanımız olmaqla bütün Şəhid və Qazilərimizin əhvinə sığınırıq. Çalışacağıq ki, bu günün adına layiq olaq; Sizin kimi cəsarətli, qorxmaz, vətənpərvər olaq..

***

Bu gün hər "Domen" alan jurnalist giriş sözündə:“ görərsiz, necə sayt yaradacam” deyir. Ardınca da “tam müstəqil”, “obyektiv” ay nə bilim daha nələr, nələr.. Mən o cür ütülü, çeynənmiş, yarımfabrikat sözlərdən uzaq duracam. Zatən bu sahədə onsuz da hamınız necə deyərlər “dabbaqda gönümə bələdsiz”. Ona görə də hər şeyi təvazödən kənar, səmimi söyləyəcəm: Bu sayt əsasən mənim saytımdır. Mənim sözümün, mənim yolumun, mənim əqidəmin aynasıdır. Burada heç bir "velosiped" kəşfinə rast gəlməyəcəksiniz. Digər tərəfdənsə bu həm də hamının saytıdır. Burada sosial-siyasi statusundan, irqi və cinsi mənsubiyyətindən asılı olmayaraq hamı öz sözünü deyə bilər. Yetər ki, dediyinin arxasında dursun. Bu ən başlıca şərtdir.

***

Kimdən, nədən, necə yazacayıq? Bunun da cavabı sadədir- həmişə olduğu kimi: CƏSARƏTLƏ. Zatən bu ölkədə müxalifətə qarşı kim məndən cəsarətli söz dedi ki, mən danışmadım? Ya iqtidarın ən yuxarı eşalon təmsilçilərinə kim mənim qədər kəskin tənqidlər söylədi ki, mən qaldım kənarda? Heç kəslə də nə yarışmaq fikrimiz var, nə də rəqabət aparmaq iddiamız.

Odur ki, “Haqlının yanında, haqsızın qarşısında!” deyib başladıq. Hamınıza salamlar, hamınıza uğurlar!



Xəbər 893 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +