Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


04.12.2018  13:12 

“Best Model”in qalmaqallı qalibi dəyişdirildi





A+  A-

“Best Model of Azerbaijan” qalibi Aygül Səfərovanın birincilik titulu əlindən alınıb.
XəzərNews.az-ın məlumatına görə, bunu “Qafqazinfo”ya açıqlamasında yarışmanın milli direktoru Aqil Məmiyev bildirib. O, müsabiqənin prezidenti Erkan Özarmanla görüşdüyünü və yekun qərar verildiyini qeyd edib:

“Görüş ötən gün baş tutdu. Qaydalara əsasən, “Best model of Azerbaijan” qalibi növbəti beynəlxalq layihə olan “Best Model of World”da təmsil olunmalı idi. Aygül Səfərova isə bundan imtina etdi. Bununla da, titul ondan götürələrək Cəmilə Qoluboviçə təqdim ediləcək. Birincilik barədə rəsmi sənədlər Cəmilə xanımın adına veriləcək.

O, Azərbaycanı “Best Model of World”da təmsil edəcək. Lakin Aygül xanımdan tacı geri alınmayacaq, sadəcə olaraq onun birincilik status geri götürələcək. Düzdü, E. Özarman tacın da alınması barədə göstəriş verib. Lakin mən A. Səfərovaya qarşı belə addım atmaq istəmirəm. Fors-major hadisə olsaydı, xəstələnsəydi və başqa hadisələr başına gəlsəydi belə hal baş verməyəcəkdi”.

Qeyd edək ki, Aygül Səfərovanın birinciliyi sosial şəbəkələrdə müzakirələrə səbəb olmuş, qalib tənqidlərə məruz qalmışdı.

Xəbər 1410 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +