Prezident Ağdam səfərindən paylaşım etdi - Video
Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar
Kiyevdə iftar süfrəsi açdılar - Fotolar
Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib
Rusiya Ukraynanı “İsgəndər-M” raketi ilə vurdu
Aytac özünü asıb, yoxsa?..
Norveç Ukraynaya 94 milyon dollar ayırır
“QHT İşi” Mirvari Qəhrəmanlını da prokurorluğa apardı


11.10.2018  17:05 

“Günə 4 minlik şərab içir...” - Dünya mediası Cahangir Hacıyevin arvadından yazır





A+  A-

Son 10 ildə Londonun məşhur univermağı “Harrods”da 35.85 milyon manat xərcləyən Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva Türkiyə mediasının da diqqət mərkəzindədir.
XəzərNews.az xəbər verir ki, Hacıyevanın xərcləmələri ilə bağlı İngiltərə mətbuatında yer alan “Dünya belə pul xərcləyən qadın görmədi” şərhi Türkiyə mediasının manşetinə daşınıb.

“The Sun” nəşrində xərcləmələrlə bağlı dərc olunan siyahıda ən diqqət çəkənlər arasında Z.Hacıyevanın hər gün şüşəsi təxminən 4 min manatlıq şərabdan içməsi, Fransanın zinət əşyaları və saat evi olan “Boucheron”dan təxminən 337 min manata broş və 225 min manata "Cartier” dən zinət əşyası almasıdır.

Eyni zamanda, məhkəmə sənədlərində qeyd edilir ki, Cahangir Hacıyev həyat yoldaşı üçün xüsusi yaşayış vizası almaq üçün təxminən 2 milyon 250 min manat və aylıq yaşayışı üçün təxminən 45 min AZN pul ödəyib.

Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı”nın 15 il rəhbəri olmuş Cahangir Hacıyev elə payının əksər hissəsi dövlətə məxsus olan həmin bankın pullarını mənimsəməkdə, vəzifə səlahiyyətlərini aşmaqda və rüşvət almaqda ittiham edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. C.Hacıyev 2015-ci ildə həbs edilən zaman 211 milyon manat mənimsəməkdə ittiham edilib.

Pul yeyintisində onun arvadı Zamirə Hacıyeva cinayət ortağı kimi tanınıb, lakin İngiltərə höküməti onu Azərbaycanın istintaq orqanlarına verməkdən imtina edib.

Hazırda C.Hacıyevə qarşı bankın Moskva filialı ilə bağlı yeni cinayət işi başlanılıb. O, bu dəfə də mənimsəmədə ittiham edilir. Artıq bu işlə bağlı istintaq yekunlaşıb, yaxın günlərdə işin baxılması üçün məhkəməyə göndəriləcəyi gözlənilir.


Xəbər 1676 dəfə oxunub.



27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb

26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi


BÜTÜN XƏBƏRLƏR +