“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


25.12.2017  12:06 

Jurnalistlərin yeni binası nə vaxt istifadəyə veriləcək - AÇIQLAMA





A+  A-

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin mükafatlandırılması mərasimi keçirilib.
XəzərNews.az-ın Trend-ə istinadən məlumatına görə, KİVDF-in icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, bu gün ölkədə KİV-lərin fəaliyyətinə dövlət dəstəyi daha da artıb, bu sahədə çalışanlar üçün hərtərəfli şərait yaradılıb: "2017-ci ildə 255 jurnalist mənzillə təmin edilib və yeni binanın təməli qoyulub. Yaxın 3 ildə həmin bina da jurnalistlərin istifadəsinə veriləcək".

V. Səfərli bildirib ki, bu il KİVDF jurnalistlər arasında 4, digər qurumlarla birgə isə 6 yazı müsabiqəsi keçirib:

Bugünkü müsabiqə barədə danışan icraçı direktor qeyd edib ki, müsabiqədə 66 Kütləvi İnformasiya Vasitəsi iştirak edib və müsabiqəyə 153 yazı daxil olub: "Yazılar ekspertlər tərəfindən qiymətləndirilib və hər istiqamətdə 6 yazı qalib elan olub. Birinci yer üzrə 1, ikinci yer üzrə 2, 3-cü yer üzrə 3 yer müəyyən edilib. Ümumilikdə, 16 istiqamət üzrə 96 yazı qalib elan olunub".

Çıxışlardan sonra müsabiqənin 2-ci və 3-cü yerlərinin qalibləri mükafatlandırılıb.

Xəbər 1517 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +