“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


13.08.2017  11:23 

Yanacaqdoldurma məntəqəsinin işçiləri döyülüb





A+  A-

Salyan rayonunda yanacaqdoldurma məntəqəsinin 3 işçisi döyülüb.
XəzərNews.az Report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Ələt-Astara magistral yolu üzərindəki yanacaqdolduma məntəqələrinin birində qeydə alınıb.

Rayonun Qırxçıraq kənd sakini, 24 yaşlı operator Zamiq Raqib oğlu Nəbiyev iş başında ikən tanımadığı avtomobilin sürücüsü onunla zarafatlar edib. Nəticədə tərəflər arasında mübahisə yaranıb və avtomobildə olan 5 nəfər Zamiq Nəbiyevi və onun daha iki iş yoldaşını döyərək ərazidən uzaqlaşıblar.

Zamiq Nəbiyev ağır bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

İşçiləri döymüş şəxslər isə polis tərəfindən yaxalanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1983 dəfə oxunub.



18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +