Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


17.04.2025  11:32 

Bakıdakı “casus yuvası” yenidən açılacaq?





A+  A-

"Rossotrudniçestvo" ümid edir ki, Bakıdakı "Rus Evi" ilə bağlı vəziyyət Rusiya və Azərbaycan prezidentlərinin şəxsi görüşündə həll olunacaq.

Bu barədə agentliyin rəhbərinin müavini Pavel Şevtsov bildirib.

O bildirib: “Ümid edirik ki, bu məsələ yaxın vaxtlarda Rusiya Federasiyası və Azərbaycan prezidentlərinin şəxsi görüşündə məsələ həllini tapacaq. Biz başa düşürük və Azərbaycan hakimiyyəti də başa düşür ki, bir çox insanlar humanitar müstəvidə qarşılıqlı fəaliyyətə öyrəşiblər".

“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov bundan əvvəl bəyan etmişdi ki, Bakıda “Rus Evi”nin icarəyə götürdüyü binanın sahibi həmin binaları satır və “Rus Evi”nə ay yarım ərzində köçməyi təklif edir.

Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi Moskvaya nota göndərərək, Bakıda “Rus Evi”nin fəaliyyətini düzgün qeydiyyata almadığına görə fəaliyyəti dayandırmağa çağırıb.

Primakov vurğulayıb ki, Rusiya Federasiyası dəfələrlə Azərbaycan qurumları ilə əlaqə saxlayıb, qeydiyyatla bağlı yardım istəyib, lakin cavab almayıb.

Aprel ayında Primakov bildirmişdi ki, Moskva və Bakı Azərbaycandakı "Rus Evi" ilə bağlı kompromis axtarırlar və “hamı konstruktiv və nikbindir”./Yenisabah.az

Xəbər 1976 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +