“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


25.11.2022  10:00 

Sərhəddə 30-km-lik TIR növbəsi... - Video





A+  A-

Gürcüstan- Azərbaycan sərhədində minlərlə yük maşını növbə gözləyir.

XəzərNews.az xəbər verir ki, artıq günlərdir ki, Azərbaycanla Gürcüstan arasındakı Qırımızı Körpü sərhəd - keçid məntəqəsinin Gürcüstan hissəsində yük maşınlarının 30-km-dən uzun məsafədə növbə gözləyirlər.

Müxtəlif ölkələrdən Gürcüstanı keçməklə Azərbaycana, eləcə də Azərbaycandan digər ölkələrə gedən yük maşınları sərhəddə gedən yolboyu sırada gözləyirlər.

Yaşayış məntəqələrindən, eləcə də TIR parklarından kilometrlərlə uzaqda dayanmağa məcbur qalan yük maşınlarının sürücüləri vəziyyətlərinin günbəgün ağırlaşdığını deyirlər.

Sürücülər bildirirlər ki, qida ehtiyaclarını qarşılamaq üçün imkanları da tükənib.

Məsələ ilə əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo-Kartli bölgəsi üzrə polis departamentinin ilə əlaqə saxladıq. Departamentin mətbuat xidmətindən verilən məlumata görə, Qırmızı Körpü sərhəd- keçid məntəqəsinin fəaliyyəti ilə bağlı heç bir problem yoxdur. Sıxlığın səbəbilə bağlı isə heç bir rəsmi açıqlama verilməyib.

Məlumat üçün onu da bildirək ki, bu hal son aylarda Qırmızı körpü sərhəd-keçid məntəqəsində yaranmış ikinci böyük sıxlıqdır.Tıxacın yaranmasına səbəbin Rusiya-Gürcüstan arasındakı Yuxarı Lars sərhəd- keçid məntəqəsi ərazisində əlverişsiz hava şəraiti ilə əlaqədar çox sayda sürücünün Qırmızı Körpü sərhəd- keçid məntəqəsinə üz tutmasının olduğu güman edilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:



Xəbər 929 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +