“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


14.12.2021  23:34 

“Qanun hələ qəbul olunmayıb, amma 1 yanvar 2022-ci ildən qüvvəyə minəcəyi yazılıb”





A+  A-

Bu gün Milli Məclisdə “Media haqqında” yeni qanun layihəsi I oxunuşdan keçdi. Layihə parlamentin müvafiq komitələrinə təqdim olunduqdan sonra ictimaiyyət üçün açıqlandı.

XəzərNews.az xəbər verir ki, müzakirə zamanı ReAL Partiyasının parlamentdəki təmsilçisi Erkin Qədirli bəzi müddəalara etiraz edib.

Deputat qeyd edib ki, layihədə jurnalistikanın bürokratikləşməsi meylləri görünür:

“Jurnalistika azad peşədir, dövlət vəzifəsi deyil ki, biz bu fəaliyyəti belə bürökratlaşdıraq. Belədirsə, media Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçsin. Mən bu gün qanun layihəsinin lehinə səs verə bilməyəcəyəm. Cinayət zamanı ibtidai işlərlə bağlı məlumatların yayılması məsələsi var. Mediada yayımlanmış xəbər cinayət işinin başlanması səbəbi ola-ola, media bu xəbəri yaymaq üçün prosessual şəxslərdən icazə almalıdır. Bu, nəyə gərəkdir?

Qanunda adı keçməyən prosessual şəxs var ki, o vəkildir. Jurnalist vəkildən aldığı məlumatı da yaymamalıdır? Bu müddəalar medianın işini məhdudlaşdırır. Keçid müddəalarında bu qanunun 1 yanvar 2022-ci ildən qüvvəyə minəcəyi yazılıb. Bu əminlik hardandır? Konstitusiyaya görə Prezidentin 56 günü var. Bəlkə dövlət başçısı bu qanunu son gün imzalayıb təsdiqləyəcək?”.


Xəbər 1225 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +