“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


02.06.2018  09:51 

Yoxlamalar başlayır...





A+  A-

Qida Təhlükəsizliyi Agentliyi ölkədə yoxlama və nəzarət tədbirlərinin icrasına iyulun 1-dən başlayacaq.
XəzərNews.az trend-ə istinadən xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Prezidentin fərmanı ilə təsdiq edilmiş əsasnamənin 1.1-ci bəndinə əsasən qurum qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirir.

Həmçinin fərmana əsasən Agentlik qeyd olunan fəaliyyətlərin icrasına bu il iyulun 1-dən başlayacaq.

Agentlik əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədilə mayın 22-dən etibarən sahibkarlıq subyektlərində, iri istehsalat müəsissələri, ticarət obyektləri, ictimai-iaşə və digər qida məhsullarının istehlakçıya çatdırılması prosesində iştirak edən subyektlərdə monitorinqlərə başlayıb. Monitorinqlər zamanı bu sahədə fəaliyyət, istehsal şəraiti və qida zəncirinin mərhələləri ilə yerində tanışlıq, sahibkarlara normativ texniki sənədlərin tələblərini izah etmək, habelə gələcəkdə həyata keçiriləcək qida təhlükəsizliyi qeydiyyatı, dövlət reyestrinin aparılması, sertifikatların verilməsi və digər bu kimi istiqamətlərdə məlumatlar çatdırılır.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnaməyə əsasən, agentlik qida təhlükəsizliyi sahəsində dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni, qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya norma və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini) həyata keçirməli, ölkədə istehsal edilən və ölkəyə idxal olunan qida məhsullarını, habelə onları qablaşdırma materiallarını qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına almalı və reyestrini aparmalı, qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə riayət edilməsinə dövlət nəzarətini həyata keçirməli, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatı verməlidir.

Xəbər 1683 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +