Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


12.02.2018  12:09 

Zahid Oruc prezident olmaq istəyir





A+  A-

Milli Məclisin deputatı Zahid Oruc aprelin 11-də keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürüb.
XəzərNews.az-ın məlumatına görə, “Qafqazinfo”ya bildirib ki, sənədlərini 2 gün öncə MSK-ya təqdim edib. Zahid Oruc təşəbbüs qrupu tərəfindən müstəqil qaydada seçkilərə qatılıb.

Qeyd edək ki, Z. Oruc prezidentliyə iddialı ikinci deputatdır.

Xatırladaq ki, bu günə kimi prezident İlham Əliyev, KXCP sədri Mirmahmud Mirəlioğlu, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Yeni AXCP-nin sədri Razi Nurullayev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Ağ Partiyanın sədri Tural Abbaslı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev və Azərbaycan Liberal Demokrat Partiyasının lideri Fuad Əliyevin namizədliyi irəli sürülüb.

***

Millət vəkili Zahid seçkilərdə əsas hədəf qrupunu açıqlayıb:

"Mən sadə bir ailənin övladıyam.Heç bir partiya mənsubiyyətinə malik deyiləm.Ölkəmizdə milyonlara insan partiyalı vəsiqə daşımır. Əgər zəhmətkeş bir ailənin təmsilçisi prezidentliyə namizəd ola bilirsə, deməli, Ulu öndər Heydər Əliyevin qurduğu ölkədə xəyallar gerçəkləşir.

Mənə görə ən böyük sərvət insanların arzusudur.Vaxtilə böyük ideallarla yaşayan sadə amerikalılar kimi bizim də arzularımız var.Baxın,ölkəmizdə müstəqllik illərində doğulan nəslin artıq 27 yaşı var və onlar artıq yetkinləşir,həyatda öz uğurlu yerlərini tutmağa çalışırlar.Prezident seçkilərində bizim əsas hədəf qrupumuz onlar olacaq.

Seçkilərin nəticələri birinci növbədə xalqa lazımdır. Biz ölkəmizin gələcəyinə inananların birliyinə nail olmalıyıq".

Xəbər 1713 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +