Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


26.01.2018  15:43 

Çingiz Abdullayev səfir göndərilir





A+  A-

Azərbaycan Yazıçılar Birliyinin katibi, məşhur dedektiv yazıçısı, “Neftçi” Futbol Klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayevin yaxın aylarda Baltikyanı ölkələrdən birinə səfir göndəriləcəyi gözlənilir.
XəzərNews.az xəbər verir ki, bu haqda Modern.az məlumat yayıb. Xəbərə görə, Çingiz Abdullayev hələ illər öncə ölkəmizi xaricdə təmsil etmək istəyində olduğunu bildirib. O zaman ailəsi İngiltərədə yaşadığı üçün həmin ölkəyə üstünlük verib. Lakin istəyi baş tutmayıb.

Çingiz Abdullayevə səfir işləmək üçün Baltikyanı ölkələrdən birini seçmək şansı verilib və yazıçı bununla razılaşıb. Yaxın vaxtlarda məsələnin gerçəkləşəcəyi gözlənilir.

Yazıçı səfir təyin edildiyi halda həm Azərbaycan Yazıçılar Birliyindəki, həm də “Neftçi” Futbol Klubundakı vəzifəsindən getməli olacaq.

Xəbər 1924 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +