Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


02.04.2017  18:39 

Müəllimlərin işə qəbulu üzrə - Elektron sınaq imtahanı





A+  A-

Bu gün Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi işə qəbul olmaq istəyən müəllimlər üçün elektron sınaq imtahanı təşkil edib.
Təhsil Nazirliyinin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Bakı şəhəri 220 nömrəli tam orta məktəbdəki elektron imtahan mərkəzində keçirilən sınaq imtahanı kompüter vasitəsilə aparılıb.

İlk dəfə keçirilən sınaq imtahanında Bakı və Sumqayıt şəhərləri daxil olmaqla, respublikanın 13 bölgəsindən müəllim olmaq istəyən 200-ə yaxın namizəd iştirak edib. Elektron sınaq imtahanının üstünlüyü ondan ibarətdir ki, iştirakçılar imtahan bitdikdə dərhal öz nəticələrini görmək imkanına malikdir. Sınaq imtahanında 13 fənnin hər biri üzrə ən çox bal toplamış 1 nəfər Təhsil Texnologiyaları Mərkəzi tərəfindən ödənişsiz olaraq müəllimlərin işə qəbulu üçün hazırlıq kurslarına qəbul ediləcək.

Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi elektron sınaq imtahanlarına olan böyük marağı nəzərə alaraq, imtahanları ayda 2 dəfə keçirməyi planlaşdırır. Növbəti elektron sınaq imtahanı aprelin 16-da keçiriləcək. Gələcəkdə sınaq imtahanlarının regionlarda da təşkil olunması nəzərdə tutulur. Sınaq imtahanlarına yazılmaq üçün Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinə müraciət etmək mümkündür.

Xəbər 1883 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +