İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


16.06.2021  15:23 

Sarkisyanın qardaşı oğluna 5 il 6 ay həbs verildi





A+  A-

Ermənistanın üçüncü Prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan 5 il 6 ay həbs cəzasına məhkum olunub.
XəzərNews.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, müvafiq hökm bu gün keçirilən məhkəmə iclasında hakim Vahe Misakyan tərəfindən verilib.

Eyni zamanda, Sarkisyanın artıq bir müddətdir həbsdə olduğu nəzərə alınaraq onun bundan sonra 3 il 6 ay həbs cəzası çəkəcəyi bildirilib.

Xatırladaq ki, Narek Sarkisyana qarşı cinayət işi hələ 2018-ci ildə başladılıb. Keçmiş Prezidentin qardaşı oğlu qanunsuz silah saxlamaq, narkotik ticarəti və qaçırmaqda təqsirləndirilir.

2018-ci ilin dekabrında İnterpol onun Franklin Qonzalez adlı pasportla Praqada gizləndiyini aşkarlayıb. Praqa məhkəməsi və Çexiya Ədliyyə Nazirliyi N. Sarkisyanın 2019-cu ilin dekabrında Ermənistana ekstradisiya olunmasına qərar verib. Sarkisyan 13 noyabr 2020-ci ildə həbs olunaraq 50 000 dollar girov müqabilində sərbəst buraxılsa da, 2020-ci ilin aprelində yenidən nəzarətə alınıb. O, irəli sürülən ittihamlara görə cinayət məsuliyyətini qəbul edib.

Xəbər 1968 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +