Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


29.04.2017  12:04 

“Sən murdar əti öz doğma bacı-qardaşına satırsan axı”





A+  A-

Bu günlərdə hamını narahat edən məsələ bölgələrdə murdar heyvan ətlərinin aşkarlanması ilə bağlıdır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov həyata keçirilən tədbirlərin yetərsiz olduğunu deyir:

“Bu məsələ ilə bağlı tədbirlər həyata keçirilir. Amma görünən odur ki, bunlar yetərli deyil. O sahibkarlar anlamalıdırlar ki, insanların sağlamlığına biganə yanaşmaq olmaz”.

Deputat son vaxtlar bu məsələnin aktivləşməsindən narahat olduğunu qeyd edir:

“Ölkədə ət qıtlığı yoxdur ki, murdar ət satışını bununla əlaqələndirsinlər. Görünür ətin qiymətinin bahalaşması işbazları daha da aktivləşdirib. Sahibkarlar niyə buna gedirlər, anlamıram. Axı biz hamımız azərbaycanlıyıq?!

Ona görə də düşünürəm ki, çox ciddi tədbirlər görülməli, həmin şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Yoxsa ki, murdar ət aşkarlayıb, onu müsadirə etmək və həmin şəxsi buraxmaqla iş bitmir. Bu, ölkəmiz üçün, insanlıq üçün yolverilməz haldır. Mən onlara sahibkar da deyə bilmirəm. Sən bu murdar əti öz doğma bacı-qardaşına satırsan axı!”

(modern.az)

Xəbər 2147 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +