Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


09.04.2017  16:18 

“Dəfələrlə məmurlara demişəm ki, bunu etməyin!“ - Millət vəkili





A+  A-

“Azərbaycanda xidmət sahələrində vəziyyət ağırdır. Bu ağırlığı insanların çiynindən götürmək lazımdır”.
XəzərNews.az xəbər verir ki, bunu Modern.az-a Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib. Deputat bildirib ki, bizdən asılı olmayaraq dünyada gedən inkişaf kataklizmalarından devalivasiya bizə hədiyyə düşüb.

“ Heç olmasa bu zaman etməyin də. Heç olmasa xidmət sahələrində bu yükü xalqın üzərinə qoymayın. Mən dəfələrlə məmurlara demişəm. Bunu etməyin! Qaz, su, işıq idarələrindən insanları incitmətin! Onsuz da insanların aldıqları pul heçnədi. Heç olmasa Azəriqaz, Azərsu, Azərişıq insanları incitməsin. Bu incikliklər axırda dövlətə qarşı gedib çatacaq. Ona görə də bizim hər attığımız addım cənab prezidentə inamla, güvənlə ekvalent olmalıdır. Ona görə də biz xalqı incitməməliyik. İncik xalq isə küçələrə gedəcək, mitinqlərə başlayacaq. Xalqı incitmək olmaz. Biz xalq üçün işləməliyik. Ulu öndər Heydər Əliyev də deyib ki: hakimiyyətin yeganə mənbəyi xalqdır! Əgər hakimiyyət xalqındısa, xalqa xidmət etmək lazımdır”.

Xəbər 2499 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +