Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


20.05.2017  22:53 

Cocuq Mərcanlıda mina tapıldı





A+  A-

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri mayın 20-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1257 qəlpə, 1 piyada əleyhinə mina “OZM-72” aşkar ediblər. Sursat zərərsizləşdirilməsi üçün götürülüb.
ANAMA-dan XəzərNews.az-a verilən məlumata görə, ümumilikdə 20 min 146 kvadratmetr ərazi tam təmizlənib, 22 min kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Agentlik tərəfindən 88 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. Yetmiş partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

İndiyədək aparılan minatəmizləmə əməliyyatları nəticəsində 2 milyon 55 min 477 kvadratmetr ərazi tam təmizlənib. 1 milyon 37 min 40 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Xəbər 1322 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +