Axtarışa olan 7 şəxs Azərbaycana ekstradisiya edilib
Naxçıvanın statusu ləğv edilə bilər?
Trampın məqsədini... - Pit Heqset açıqladı
Bu mərkəzin işçiləri 3 aydır maaş ala bilmir
Prezident Dövlət Agentliyinə sədr təyin etdi
Antiterror Mərkəzinin rəhbəri saxlanıldı
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir?
Həbsxanadan-cəbhəyə, sonra da torpağın altına...
Azərbaycanlı xanım ETTELAAT-a çağırıldı
AFFA “Kəpəz” klubunu cərimələyib


19.02.2024  12:09 

“Rüşvət vermədiyimə görə işdən azad olundum”





A+  A-

Şirvan sakin Ağamusa Bastanov problemlə üzləşib. O, vəzifədən qanunsuz azad olunduğuna dair iddia ilə “Yeni Sabah”a müraciət edib. Şikayətçi 25 ildir ki, dövlət və özəl müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olduğunu bildirib:

"2016-cı ildə çalışdığım müəssisə bağlandığı üçün iş yerimi itirdim. Daha sonra məzunu olduğum Şirvan şəhər 2 saylı orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vakansiyası olduğunu öyrəndim. Vakansiya üçün Şirvan-Salyan Regional Təhsil İdarəsinə müraciət etdim. 4 ay get-gəldən sonra özüm haqqında fikir formalaşdırdım və Salyan şəhərində yerləşən 2 nömrəli məktəbdə imtahan verdim, uğurlu nəticə əldə etdim. Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəisi Sənan Mənsimlinin əmri ilə 3 aylıq sınaq müddətində 12 saylı orta məktəbə təsərrüfat işləri üzrə direktor müavini təyin olundum. İşimin öhdəsindən yüksək səviyyədə gəlirdim. Mənə təqdim olunan xasiyyətnamədə də bu, öz əksini tapıb. Həmin xasiyyətnaməni sınaq müddəti bitəndən sonra Şirvan-Salyan Regional Təhsil İdarəsinə təqdim etdim”.

Şikayətçi iddia edir ki, rüşvət vermədiyinə görə, işdən azad olunub:

“Sözügedən vəzifəni Kənan Məmmədov adlı şəxsə satdılar. İşdən çıxmağım barədə daha sonra Əmək Müfəttişliyinə müraciət etdim. Ayın 6-sı işdən azad olunmağıma baxmayaraq, əmək davamiyyət jurnalında 13-nə qədər fəaliyyət göstərdiyim qeyd olunmuşdu. Məhkəməyə də bu haqda şikayətimi ünvanladım. Açıq formatda keçirilən məhkəmə iclasından sonra dekabrın 1-də işə bərpa olunaraq, məcburi iş buraxılmağına görə əmək haqqı ödənilməsi ilə bağlı qərar çıxarıldı. Həmin qərarən üzərindən 9 ay keçməsinə baxmayaraq, mən yenə də işsizəm. Bu müddət ərzində heç yerdən gəlirim olmadığı üçün evimin əşyalarını sataraq, qohum-tanışdan yardım alaraq dolanışığımı təmin edirəm”.

Şirvan sakini sözügedən məsələnin araşdırılmasını istəyir.

Xəbər 5216 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.02.2025  18:38 

Bu quruma agentlik statusu verildi

12.02.2025  15:24 

Narkoloji Dispanserdə ölüm


BÜTÜN XƏBƏRLƏR +