Yeni tikili binalarda qaraj fırıldağı - VİDEO
CHP-li bələdiyyə başqanı Öcalanı təhqir etdi: “Erməni atan...”
Ceyhun Bayramov Abu-Dabiyə səfər edib
ATƏT Krivoy Roqa görə təcili iclas çağırdı
Ədalət Verdiyev azadlığa buraxıldı
Kiyevdə mənzil kirayələri ucuzlaşıb - Qiymətlər
53 nəfərin mənzilindən qaz sayğaclarını oğurlayıblar
51 nəfərin diplomu tanınmayıb - Səbəb?
Xanlar Vəliyev vəzifəsindən gedir?
“AFB Bank” kredit faizlərini artırıb


01.02.2024  15:06 

Bakının 2 rayonunda qaz təchizatı dayandırılıb





A+  A-

Bakının Qaradağ və Səbail rayonlarının bəzi hissələrində qaz təchizatı dayandırılıb.

Xəzərnews.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus diametri 720 mm-lik “Qaradağ-Xırdalan” yüksək təzyiqli magistral qaz kəmərinin 12-ci kilometrində aşkar olunmuş qaz sızmasının ləğvi ilə bağlı “Şıxov” Qazpaylayıcı Stansiyasından, “Azpetrol” və “Azərholding” ölçü qovşaqlarından qaz təchizatı dayandırılıb.

Məlumata görə, qaz təchizatı işlər başa çatanadək dayandırılıb.

"Təmir işləri aparılan müddətdə Qaradağ rayonu üzrə Cənub Yaşayış kompleksinin və Şıxov qəsəbəsinin, Səbail rayonu üzrə isə Badamdar 3-cü yaşayış sahəsinin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranıb", - “Azəriqaz”dan bildirilib.


Xəbər 1205 dəfə oxunub.




07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!

07.04.2025  15:38 

Fürsətcilin ÖZÜNÜİFŞASI


BÜTÜN XƏBƏRLƏR +