Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


28.02.2017  19:14 

Azərbaycanda pensiya yaşı artırılır





A+  A-

Fevralın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. İclası gündəliyinə "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsi daxil edilib.
XəzərNews.az bildirir ki, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a məlumat verib. Tahir Kərimli Layihənin 98 dəyişiklikdən ibarət olduğunu bildirib. “Bu dəyişikliklərə əsasən pensiya sistemi yenidən qurulur. Əvvəllər pensiyaların baza hissələri vardı. İndi isə həmin baza hissələri ləğv olunur. 110 manat minimum pensiya məbləği müəyyən olunur. 1992-ci ilə kimi 90 min insan pensiyaya çıxıb. O vaxt pensiya sistemi olmadığına görə bu dövlət tərəfindən ödəniləcək. 1990-cı ildən 1996-cı ilədək pensiyaya çıxanların müavinətləri 110 manatdan aşağı olarsa , Sosial Müdafiə Fondu hesabına ödəniləcək. 2006-cı ildən sonra isə pensiyanın miqdarı sığorta haqqlarından hesablanacaq”. Depuat deyib ki, layihədə dövlət qulluqçularının pensiyasına çox ciddi dəyişikliklər ediləcək.

“Staj və yaş məsələlərində. Əvvəllər hakimlərdən pensiyaya çıxmaq üçün 5 il tələb olunurdu. İndi isə bu 15 il oldu. Prokurorluq işçiləri üçün bu 25 il idi. İndi isə 35 il oldu. Digər hərbi qulluqçuların da staj müddətləri artırıldı.

Tahir Kərimli qeyd edib ki, hazırda qadınların pensiya yaşı 60, kişilərin isə pensiya yaşı 63-dür. “Amma yeni dəyişikliyə əsasən kişilərin pensiyaya çıxmaq yaşı hər il 6 aydan bir artacaq. Qadınların əmək pensiyaya çıxmaq üçün yaş həddi isə 2027-ci ilə qədər hər il 6 aydan bir artacaq. Bununla müəyyən bir vaxtdan sonra qadınların və kişilərin pensiyaya çıxmaq yaşı 65 olacaq. Burada əsas məqsəd budur ki, pensiyalar sığorta hesabına formalaşsın. Qanunun qüvvəyə minməyi iyulun 1-nə təklif olunub.

Gələcəkdə pensiya yaşı götürülə də bilər. Onların ödədiyi sosial sığorta hesabında nə qədər pul olarsa, ona uyğun da pul ala bilərlər. Qanunun qüvvəyə minməyi iyulun 1-nə təklif olunub”. Layihə Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.

Xəbər 4269 dəfə oxunub.




01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +