Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO


30.09.2018  15:37 

Həccə gedənlərin NƏZƏRİNƏ: Ərəbistandan çıxa bilməyəcəklər





A+  A-

Dünyanın bütün ölkələrindən Həcc ziyarətinə getmək üçün müraciət edən insanların saxta viza əldə etməməsi üçün cidddi tədbirlər görülüb. Lakin bu hal ilbəil daha çox artır. Bu il saxta kommersiya dəvəti ilə viza alaraq Həccə gedən insanlar arasında 20 nəfər Türkiyə vətəndaşının olduğu aşkarlanıb və onların Səudiyyə Ərəbistanından çıxışına qadağa qoyulub.
XəzərNews.az Publika.az-a istinadən xəbər verir ki, ölkənin xarici işlər nazirliyi son dövrlərdə artan saxta sənəd hazırlanmasına qarşı ciddi xəbərdarlıq etdiyini bildirib. Mövzu ilə bağlı Türkiyənin məşhur turizm agentliklərindən birinin açıqlamasında isə vətəndaşlara bu istiqamətdə tabe olmaları gərəkən qaydaların bildirildiyi qeyd edilib.

Bildirilib ki, Həcc ziyarətinə getmək istəyən şəxslər mütləq şəkildə müvafiq sənədlərini fətvanın verildiyi Türkiyə Dəyanət İşləri İdarəsinə təqdim etməlidirlər. Daha sonra isə idarənin səlahiyyətində olan agentlik tərəfindən təyin edilən istiqamətdə hərəkət edilməlidir. Eyni zamanda bir neçə nəfərin həcc ziyarətinə ödənişsiz qatıla bilməsi üçün püşkatma da təşkil edilir. Püşkatma nəticəsində adı çəkilən şəxslər həccə ödənişsiz getmək haqqı qazanırlar.

Lakin bəzi vətəndaşların kommersiya məqsədilə və ya işçi vizası alaraq həccə getdiyi müəyyən edilib ki,bu, qətiyyən qadağandır. Belə hallar aşkarlandığı zaman, həmin vətəndaşların pasportlarına dərhal türk və ərəb dillərində "Həcc ziyarətinə yarasız" möhürü vurulur.

Hazırda bu il üçün saxta viza ilə gəldiyi iddia edilən 160 nəfər Səudiyyə Ərəbistanında saxlanılıb ki, onlardan 20 nəfəri türkdür.


Xəbər 1558 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +