Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


13.12.2023  03:25 

Bakıda ağır yol qəzası baş verib





A+  A-

Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyatı hadisəsi baş verib, bir nəfər ölüb.

Xəzərnews.az xəbər verir ki, hadisə Binə dairəsində qeydə alınıb.

Belə ki, taksi kimi fəaliyyət göstərən sürücü idarə etdiyi “Toyota” markalı maşında diqqətsizlikdən sükana nəzarəti itirib.

Nəticədə maşını eyni istiqamətdə hərəkətdə olan evakuatora çırpıb.

Zərbə nəticəsində avtomobildə olan sərnişin 2001-ci il təvəllüdlü Ramilə Ramil qızı Əlizadə hadisə yerində dünyasını dəyişib.

Sürücü və digər sərnişin ağır bədən xəsarətləri alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Sərnişin R.Əlizadənin meyiti morqa təhvil verilib.

Faktı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırır./APA

Xəbər 1473 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +