Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur


16.02.2018  11:45 

“Əfv sərəncamı mayda verilə bilər”





A+  A-

“Ola bilsin ki, əfv sərəncamı may ayında imzalansın”.
XəzərNews.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında Əfv Komissiyasının üzvü Rəşad Məcid deyib.
O bildirib ki, hazırda mütəmadi olaraq Komissiyanın iclasları keçirilir:

“Müraciətlər çoxdur və hələ də gəlməkdə davam edir. Bu səbəbdən də, əfvin Novruz bayramına çatıb-çatmayacağı bilinmir. Ola bilsin ki, prezident İlham Əliyev sərəncamı mayda imzalasın. Çünki işlər həddindən artıq çoxdur. Komissiyanın müzakirəsi bir az uzun çəkir. Mart ayına çatmasa da, may ayında əfv gözlənilir”.

R. Məcid bu il amnistiyanın olacağı ilə bağlı məlumatlara da münasibət bildirib:

“Amnistiyanın olub-olmaması artıq parlamentin məsələsidir, bu barədə bir söz deyə bilmərəm”.

Xəbər 2212 dəfə oxunub.




29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +