Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə
Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir - Əliyev
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Pezeşkian
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü


13.12.2023  06:24 

Strasburqda Heydər Əliyevin xatirəsinə həsr edilən tədbir təşkil olunub -Foto





A+  A-

Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyi tərəfindən Strasburq şəhərində müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr edilən tədbir təşkil olunub.

Xəzərnews.az-a bu barədə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyindən bildirilib.

Tədbir iştirakçıları ilk əvvəl Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar. İştirakçılar qarşısında çıxış edən Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayilov Azərbaycanın ən yeni tarixinin üzvü şəkildə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək, 1993-cü ildə Azərbaycan xalqının öz taleyini yenidən Ulu Öndərə həvalə edəndə, ümumiyyətlə Azərbaycan dövlətçiliyinin uçurum astanasında olduğunu yada salıb və yalnız Heydər Əliyev dühasının ölkəmizi və xalqımızı qaçılmaz görünən sarsıntılardan xilas etdiyini bildirib. F.İsmayılov həmçinin Ulu Öndərin müstəqilliyimizin dönməz xarakter alması, Azərbaycançılıq ideologiyasının təşviqi və milli şüurun dirçəlişi, böhran içində olan iqtisadiyyatımızın inkişafı və silahlı qüvvələrimizin möhkəm bünövrələr üzərində yenidən qurulması məqsədilə apardığı tarixi fəaliyyətlərdən bəhs edib. O, nəhayət, torpaqlarımızın işğaldan azad olunması istiqamətində Ümummilli Liderin başlatdığı işin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən tarixi zəfərlə başa çatdırıldığını xatırladıb və Ulu Öndərin 100 illiyinin qeyd olunduğu 2023-cü ildə Azərbaycan Respublikasının suverenliyinin bərpa olunduğunu vurğulayıb.

Daha sonra TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın müəllifi olduğu, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən “Liderin ürəyi” sənədli filmi tədbir iştirakçılarına nümayiş etdirilib.





Xəbər 2165 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +