Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik
Nazirlik 492 müəllimi işdən çıxartdı
“VMR Klinikası”nın rəhbəri ilə bağlı ilginc faktlar
Rusiya heç bir hazırlıq nümayiş etdirmir - Zelenski
KOBİA İdarə Heyətinin sədrinə I müavin təyin edildi
Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutub


21.11.2023  12:12 

Top Ermənistanın qapısındadır... - Prezidentin köməkçisi





A+  A-

Ermənistan tərəfindən konkret təkliflər gözləyirik. Sülh müqaviləsi deyəndə, Ermənistan hələ də regiondan kənara baxır. Amma əslində, bu ölkənin baxmalı olduğu Cənubi Qafqaz regionudur. Üçüncü tərəfin gündəliyini bu regiona daşımaq yanlış addımdır. Ermənistan normallaşma istiqamətində danışıqları irəli aparmalıdır. Beləliklə, top Ermənistanın qapısındadır.

Xəzərnews.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yerli və xarici jurnalistlərə açıqlamasında söyləyib.

Regionda kommunikasiya xətlərinin bağlı qalmasının məsuliyyətinin Ermənistanın üzərinə düşdüyünü vurğulayan Hikmət Hacıyev deyib:

“Azərbaycanın və qardaş Türkiyənin qənaəti həmişə bundan ibarət olub ki, Ermənistan ölkəmizə qarşı ərazi iddialarından əl çəkdiyi təqdirdə, qardaş ölkə onun üçün sərhədləri aça bilər. Ermənistan regionda müsbət siyasət yürüdəcəyi halda bu, mümkündür. Azərbaycan və Türkiyə paralel qaydada münasibətlərin normallaşmasını hər zaman dəstəkləyib. Ermənistan regionun potensialını dəyərləndirməyi bacarmalıdır”.

Xəbər 1672 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +