Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


24.01.2025  15:59 

Azərbaycanın Tehrandakı səfiri XİN-ə niyə çağırıldı?





A+  A-

Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə İran Xarici İşlər Nazirliyinin Avrasiya məsələləri üzrə baş direktoru və nazirin köməkçisi Müctəba Dəmirçili ilə görüşüb.

XəzərNews.az xəbər verir ki, bu barədə “ISNA” məlumat yayıb.

Məlumata görə, görüşdə ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivi müzakirə edilib.

Müctəba Dəmirçili Azərbaycanda təhsil alan iranlı tələbələrin əxlaqsızlığına görə qovulmasına diqqət çəkib və “bunu iki xalq arasında münasibətlərə xələl gətirən hal kimi qiymətləndirərək Tehranın etirazını bildirib. Bu cür neqativ halların səbəbkarları ilə mübarizə aparılmasını istəyib”.

Qeyd olunub ki, o, iki ölkə arasında münasibətlərdə müsbət irəliləyişlərə toxunaraq, sazişlərin həyata keçirilməsi və iki ölkə arasında münasibətlərin qorunması üçün hər iki tərəfin səylərinin zəruriliyini vurğulayıb.



Xəbər 2069 dəfə oxunub.




01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +