Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


02.10.2019  12:45 

“Aygün” TV-nin əmlakı müsadirə edildi





A+  A-

Dövlətə olan vergi borcunu ödəməyən televiziya kanalının əmlakının müsadirə olunmasına qərar verilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, Zaqatala rayonu ərazisində regional TV kanal kimi fəaliyyət göstərən “Aygün” Tele-Radiosuna qarşı məhkəmə iddiası qaldırılıb.

Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər İdarəsi Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək TV-nin dövlətə 1444 manat vergi borcu olduğunu bildirib və bunun ödənilməsi üçün əmlakının müsadirə olunmasını istəyib.

Məhkəmənin qərarına əsasən, “Aygün” Tele-Radio Şirkətinin 15.11.2018-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 1444,3 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 3000 manat məbləğində siyahıya alınmış 1 ədəd 3000 manat dəyərində Rusiya istehsalı “OHEГA-L” radio və televiziya siqnallarının gücləndiricisi açıq hərrac vasitəsi ilə satılsın və satışdan əldə ediləcək vəsaitdən 1444,3 manat dövlət büdcəsinə ödənilsin. Cavabdeh “Aygün” Tele-Radio Şirkətindən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin.

Qeyd edək ki, “Aygün” TV 1996-cı ildən fəaliyyətə başlayıb, 2014-cü ildə MTRŞ onun lisenziyasının müddətini artırmaqdan imtina edib.

Xəbər 1556 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +