Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


10.04.2017  13:25 

Azərbaycanda daha 99 dövlət əmlakı özəlləşdiriləcək





A+  A-

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) mayın 10-da yeni özəlləşdirmə hərracı keçirəcək.
Komitədən XəzərNews.az-a verilən xəbərə görə, bu hərraca ümumilikdə 99 əmlak çıxarılıb, bunlardan 21-i səhmdar cəmiyyəti, 38-i kiçik dövlət müəssisə və obyekti, 29-u istifadəsiz qeyri-yaşayış sahəsi, 11-i isə nəqliyyat vasitəsidir.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri Sabirabad, Ağsu, Bərdə, Şirvan, Lənkəran, Tərtər, Kürdəmir rayonlarında yerləşir. Bunlar əsasən sənaye, nəqliyyat, təmir, quşçuluq, qida və digər sahələrə aiddir. Nizamnamə kapitalı isə 69 min manatla 851 min manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmləri özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən yüksək olan əmlak “Sabirabad Mexanikləşdirmə” ASC-dir. Adı çəkilən əmlakın səhmlərinin 30%-i 127 552 min manata təklif olunur. Bundan başqa, qiymətində digərlərindən fərqlənən əmlak “Zaqatala Fındıq” ASC-dir. Həmin əmlakın səhmləri isə 125 992 min manata iştirakçılara təklif edilir.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Şəmkir, İmişli, Sumqayıt, Xaçmaz, Gəncə və digər şəhər rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların bəzilərinin sahəsi 221 kv.metr ilə 62 995 kv.metr arasında dəyişir. Hərracda ən yüksək qiymətə özəlləşdirməyə çıxarılan əmlak İmişli Yardımçı Təsərrüfatı olacaq. Belə ki, bu əmlak 500 min manata təklif edilir. Torpaq sahəsi isə 1 889 934,2 kv.metr təşkil edir. Əmlak torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılır. Şəmkir şəhərində yerləşən yun tədarükü məntəqəsi 350 min manat, Gəncədəki təsərrüfat hesablı poliklinika 212,5 min manat qiyməti ilə seçilənlər sırasındadır.

Xəbər 1996 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +