Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


06.11.2022  20:58 

Akif Aşırlı Zərdabinin oğlunun məzarını tapıb





A+  A-

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı sosial şəbəkədə maraqlı paylaşım edib.

XəzərNews.az xəbər verir ki, A.Aşırlı milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin uzun müddətdir axtardığı oğlu Səfvət bəyin məzarını tapdığını bildirib. Onun sözlərinə görə, Səfvət bəyin Ankaranın Karşıyaka məzarlığında yerləşən qəbri baxımsız, hətta baş daşı qırılmış, sinə daşını əvəzləyən daşlar parçalanmış vəziyyətdə olub:

“Məzarın illərlə baxımsız qaldığı aydın görünür. Nə yaxşı ki, məzarlıq məmurları, ətrafda calışan ustalar köməyimə çatdı. Rasim Yardımsevər adlı qardaşımızla birgə baş daşını bərpa edə bildik, kiçik bir təmir işi apardıq”.

A.Aşırlı qeyd edib ki, Səfvət bəy Məlik Zərdabi Həsən bəyin 3-cü övladıdır. O, 1917-ci ilə qədər Riqa Politexnik Universitetində oxuyub, sonra təhsilini Almaniyada alıb, yüksək ixtisaslı mühəndis olub. Mühədis olmasına baxmayaraq, atasının yaradıcılığını davam etdirib. Səfvət Zərdabi 1952-ci ildə Ankarada Azərbaycan Milliyyətcilər dərnəyinin qurucularından olub, Azərbaycanın müstəqilliyinin bərpası uğrunda mücahiddir.







Xəbər 1247 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +