Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


03.11.2022  15:42 

Arif Səmədov tanınmış jurnalistin oğludur





A+  A-

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Arif Vasif oğlu Səmədovun Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

XəzərNews.az xəbər verir ki, Arif Səmədov tanınmış jurnalist Vasif Səmədovun oğludur.

Xatırladaq ki, V.Səmədov 1994-1995-ci illərdə “Rossiyski fermer” qəzetinin, 1995-ci ildə isə “Oqonyok” jurnalının Azərbaycan, Türkiyə və İran üzrə xüsusi müxbiri olub. 1996-cı ildən jurnalın Mərkəzi, Qərbi Asiya ölkələri və Ukrayna Respublikası üzrə müxbir məntəqəsinin müdiri vəzifəsində fəaliyyət göstərib. Rusiyanın “Peremenı” Beynəlxalq Gənclik jurnalında baş redaktor müavini işləyib. 1999-cu ildə ­“Literaturnaya qazeta”nın Mərkəzi və Qərbi Asiya ölkələri üzrə müxbir bürosunun müdiri və xüsusi müxbiri təyin edilib. 2000-ci ildə Rusiyanın üç televiziya kanalı, on iki radio stansiyası, “Literaturnaya qazeta”, “Kultura”, “Rossiya” və bir neçə populyar mətbu orqanı bir holdinqdə birləşdirilib. Vasif Səmədovun rəhbərlik etdiyi müxbir bürosu həmin televiziya kanallarının, radio stansiyaların və mətbu orqanların Mərkəzi və Qərbi Asiya ölkələri üzrə nümayəndəliyinə çevrilib.

Xəbər 1281 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +