Türkiyə İsrailin Suriyadan İranı vurmasını əngəlləyə bilər?
Bu qurumun 4 milyon vergi borcu var
Prezident İlham Əliyev İrakli Kobaxidze ilə görüşüb
Borca görə intihara cəhd etdi
Britaniyadan Ukraynaya 589 milyon dollarlıq hərbi yardım
Yaşıllıqları qanunsuz kəsdilər
Amin Quliyev Tailanda Dünya Kubokunu qazandı
“Bolt” yalan danışır?
AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
İlham Əliyevin Əhməd Əl Şaraa ilə görüşü olub


21.12.2018  16:39 

JuHİ-nin təşkilatçılığı ilə konfrans keçirilib - Bakıda





A+  A-

Jurnalistlərin Həmkarlar İttifaqının təşkilatçılığı (JuHİ) ilə Bakı şəhərində “Onlayn media və müəllif hüquqları” mövzusunda konfrans keçirilib.
XəzərNews.az xəbər verir ki, konfransa ənənəvi KİV, onlayn media təmsilçiləri və internet fəalları qatılıblar.

Tədbir Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirilən “İnternet və media resurslarında müəllif hüquqlarının qorunmasının mexanizmləri və hüquqi bazası” layihəsi çərçivəsində baş tutub.

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, tədbirin keçirilməsində məqsəd KİV işçilərində, xüsusən, internet üzərindən xəbər yayan informasiya istehsalçılarında müəllif hüquqlarının qorunmasının vacibliyi barədə təsəvvür formalaşdırmaqdan ibarətdir: “İnternetin inkişafı KİV-də müəllif hüquqlarının qorunmasını çətinləşdirib. Baxmayaraq ki, müəllif hüquqları həm qanunlarla qorunur, həm də ona hörmətlə yanaşılması Jurnalistlərin Peşə Davranışı Qaydalarının əsas tələblərindən biridir. Amma təəssüflə qeyd edilməlidir ki, bu gün əksər xəbər istehsalçıları müəllif hüquqlarına nəinki hörmətlə yanaşmırlar, ümumiyyətlə bu sahədə anlayış geniş yayılmayıb. İnternetin inkişafı, medianın rəqəmsal müstəviyə köçməsi müəllif hüquqlarının qorunmasını çətinləşdirib. Həyata keçirdiyimiz layihə və tədbirlər bu problemin aradan qaldırılmasına yardım xarakteri daşıyır”.

Konfransda Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Hüquq, apellyasiya və daxili nəzarət şöbəsinin müdiri İqbal Əsgərov çıxış edərək, KİV-də müəllif hüquqlarının qorunmasına təminat verən qanunlar və mexanizmlər barədə məlumat çatdırıb. O, təmsil etdiyi Agentliyin KİV-lə sıx əməkdaşlıq etdiyini və bu sahədə nailiyyətlər əldə etdiyini də diqqətə çatdırıb.

“Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev, “Region plus” Jurnalının baş redaktoru Namiq Mailov, “Aktor.az” saytının baş redaktoru Telman İsa, “Millətçilik” qəzetinin redaktoru Sevda Elay, JAM sədri Seymur Verdizadə çıxışlarında müəllif hüquqlarının qorunmasının KİV-lər və jurnalistlər üçün önəmini vurğulayaraq, bu sahədə mövcud olan problemlərdən danışıblar. Onlar keçirilən konfransın bu sahədə yeni proseslərə yol açacağını vurğulayıblar.

Qeyd edək ki, layihə çərçivəsində ölkənin Qərb və Cənub bölgəsində fəaliyyət göstərən media təmsilçiləri üçün seminarlar da keçirilib. Həmçinin, layihə çərçivəsində media ekspertləri və hüquqşünasların iştirakı ilə mövzu üzrə cib kitabçası da çap edilib, jurnalistlər arasında pulsuz paylanılıb.


Xəbər 1397 dəfə oxunub.



11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib

11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub


BÜTÜN XƏBƏRLƏR +