Türkiyə İsrailin Suriyadan İranı vurmasını əngəlləyə bilər?
Bu qurumun 4 milyon vergi borcu var
Prezident İlham Əliyev İrakli Kobaxidze ilə görüşüb
Borca görə intihara cəhd etdi
Britaniyadan Ukraynaya 589 milyon dollarlıq hərbi yardım
Yaşıllıqları qanunsuz kəsdilər
Amin Quliyev Tailanda Dünya Kubokunu qazandı
“Bolt” yalan danışır?
AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
İlham Əliyevin Əhməd Əl Şaraa ilə görüşü olub


18.12.2018  17:56 

Fəxrəddin Ziyanın yeni kitabı təqdim olunub





A+  A-

Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan klubu”nda tanınmış həkim-şair Fəxrəddin Ziyanın “Gələcəyəm, gəl desən” kitabının təqdimatı keçirilib.
XəzərNews.az xəbər verir ki, tədbirdə bir sıra görkəmli yazıçılar, həkimlər, media nümayəndələri və tələbələr iştirak edib.

Tədbiri Yazıçılar Birliyinin katibi İlqar Fəhmi açıb, Fəxrəddin Ziyanın yaradıcılığından bəhs edib.

Tədbirin moderatoru, şair-publisist Ağacəfər Həsənli bildirib ki, Fəxrəddin Ziya istər şeiriyyat aləmində, istərsə də səhiyyə xidmətində böyük rolu olub və keşməkeşli yol keçib: “O, Sovet dövrünün çətin zamanlarında “Əfqanıstan məktəbi” keçmiş insanlardan biri olub. “Əfqanıstan məktəbi” gənclər üçün böyük bir yol idi. Bizim bir çox Azərbaycan oğulları canla-başla Əfqanıstanda xidmət edib, bir çoxları da vəfat edib. Bu gün çox xoşdur ki, Fəxrəddin müəllim vətənimizə qayıdıb, yaradıcılığını davam etdirib. Əlbəttə, Əfqanıstan həyatı ona çox ciddi surətdə təsir göstərdi. Yaradıcılığı büxtələşdi, bir sənətkar, bir şəxsiyyət kimi yetişdi. Fəxrəddin Ziyanın çoxlu sayda kitabı çıxıb. 10 şeir kitabı çap etdirmək hər insanın işi deyil. Fəxrəddin Ziyanın “Gələcəyəm, gəl desən” kitabı onun seçmə şeirlərinin toplusudur. Bu da elə onun dəyəridir. Kitab “Ey Vətən” adlı şeirlə açılır. Bu şeirə İlham Abdullayev adlı bəstəkar mahnı da bəstələyib”.

Daha sonra çıxış edən həkim-şair Tofiq Nurəli qeyd edib ki, ona yalnız şair kimi deyil, eyni zamanda bir dost kimi də etibar edib güvənmək olar: “Fəxrəddin müəllim yüksək vəzifələrdə çalışsa da dost kimi heç zaman dəyişməyib. Münasibətimizi, səmimiliyimizi hər zaman qoruyub saxlamışıq. O sadə, etibarlı bir dostdur. İllərdir hər hansı bir məsələdə çətinlik yaransa, hətta ailə-məişət mövzuları belə olsa ona inanıb güvənmişəm. Həkim, dostum Fəxrəddini təbrik edirəm, yaradıcılığında uğurlar arzulayıram”.

Fəxrəddin Ziya tədbir iştirakçılarına təşəkkür edib və təqdimat müzakirələr əsasında davam etdirilib.

Sonda Ağacəfər Həsənli Fəxrəddin Ziyanın Mahmud Kaşqari adına Beynəlxalq Fondun Mükafat Komissiyası tərəfindən “Beynəlxalq Mahmud Kaşqari - 1000” medalına layiq görüldüyünü bildirib və mükafatı ona təqdim edib.







Xəbər 2014 dəfə oxunub.



11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib

11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub


BÜTÜN XƏBƏRLƏR +