Azyaşlı qızı döyüb videoya çəkdilər
Bank kartlarından 41 048 manat oğurlandı - Son iki gündə...
Üç sahibkarın 4 milyon manatını ələ keçirdi... - Məhkəmə
İntiqam Babayev işdən çıxarıldı
Qadın hərbçimiz qəzada öldü - Kəlbəcərdə
Bir nəfər Milli Parkda dənizə düşüb
Onkologiya Mərkəzində xəstə yaxınlarından pul tələb olunur - İddia
Müdafiə Nazirliyi cavab verdi: Yalandır...
Şimşək çaxacaq, leysan yağacaq... - Sabahın havası
Nobel mükafatçısı vəfat etdi


23.05.2018  16:21 

Tələbə qəbulunda daha bir YENİLİK





A+  A-

Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydalarına dəyişikliklər edilir.
XəzərNews.az-ın məlumatına görə, bununla bağlı “Təhsil haqqında” qanunun 26-cı maddəsinə (Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydaları) yeni 26.1-1 maddə əlavə edilir.

Dəyişikliyə görə, koleclərin məzunları ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, habelə bakalavriatı ( baza ali tibb təhsilini) başa vurmayan şəxslər öz arzusu ilə orta ixtisas təhsili müəssisələrinə köçürülə biləcək.

Qanunda 26.1-1 maddə belədir: Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə isə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı ( baza ali tibb təhsilini) başa vurmayan şəxslərin öz arzusu ilə orta ixtisas təhsili müəssisələrinə köçürülməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Subbakalavr — оrta iхtisas təhsili pilləsində məzunlara verilən peşə-iхtisas dərəcəsidir.

Xəbər 1598 dəfə oxunub.




14.04.2025  13:05 

Nobel mükafatçısı vəfat etdi

14.04.2025  12:54 

Azərbaycanda bloger həbs edilib

14.04.2025  11:46 

Siqaretlər yenidən bahalaşıb

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı


BÜTÜN XƏBƏRLƏR +