Türkiyə İsrailin Suriyadan İranı vurmasını əngəlləyə bilər?
Bu qurumun 4 milyon vergi borcu var
Prezident İlham Əliyev İrakli Kobaxidze ilə görüşüb
Borca görə intihara cəhd etdi
Britaniyadan Ukraynaya 589 milyon dollarlıq hərbi yardım
Yaşıllıqları qanunsuz kəsdilər
Amin Quliyev Tailanda Dünya Kubokunu qazandı
“Bolt” yalan danışır?
AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
İlham Əliyevin Əhməd Əl Şaraa ilə görüşü olub


23.06.2017  10:34 

Kənd təsərrüfatının inkişafı ilə bağlı müşavirə keçirilib - Füzulidə





A+  A-

Horadiz şəhərində Muğam Mərkəzində rayonda kənd təsərrüfatının inkişafı, torpaqlardan səmərəli istifadə olunmasına həsr olunan müşavirə keçirilib. Müşavirədə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə təşkilatların nümayəndələri, icra nümayəndələri, bələdiyyə sədrləri, kənd təsərrüfatı mütəxəssisləri iştirak ediblər.
Füzuli RİH-dən XəzərNews.az-a verilən məlumata görə, müşavirədə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Füzuli rayonunda kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi zamanı qanunvericiliyin tələblərinə riayət olunması, torpaqlardan səmərəli və məqsədyönlü istifadə edilməsi barədə məlumat verib. Bildirib ki, prezident İlham Əliyevin torpaqlardan maksimum səmərəli istifadə edilməsi, məhsul bolluğu yaradılması, yerli istehsalın artırılması ilə bağlı tapşırıq və göstərişləri Füzuli rayonunda da ciddi nəzarətdə saxlanılır.
Alı Alıyev bildirib ki, rayonda hələdə bəzi torpaq icarədarları torpaqlardan təyinatına və müvafiq icarə müqaviləsinin şərtlərinə uyğun istifadə etmirlər. “Bəzi fiziki və hüquqi şəxslər torpaq qanunvericiliyinin və müvafiq icarə müqavilələrinin tələblərinə riayət etməyərək müvəqqəti icarələrinə verilmiş torpaq sahələrini ikinci, hətta üçüncü şəxslərə qanunsuz olaraq icarəyə verməklə torpaqları alver predmetinə çevirirlər. Biz bu cür hallara qarşı ciddi mübarizə aparmalıyıq”, - deyə Alı Alıyev vurğulayıb.
Alı Alıyev torpaqlardan səmərəli və məqsədyönlü istifadə olunması, bu sahədə mövcud olan qanunsuzluqların araşdırılması üçün hüquq-mühafizə orqanlarının rəhbərlərinə, aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verib.
Alı Alıyev qeyd edib ki, ölkə başçısının torpaqlardan səmərəli və məqsədyönlü istifadə olunması ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq rayon ərazisində əvvəllər kortəbii şəkildə istifadə olunan torpaq sahələrində 4 iri taxılçılıq təsərrüfatı yaradılıb, 2700 ha sahə müxtəlif növ kənd təsərrüfatı məhsullarının istehsalı üçün Aqroparkın istifadəsinə verilib.
“2016-2017-ci təsərrüfat ilində rayonda 36082 ha ərazidə taxıl əkini aparılıb. Hazırda taxıl sahələrində biçin davam etdirilir. İyunun sonuna kimi 36082 hektar sahədə əkilmiş arpa və buğdanın biçini başa çatdırılacaqdır. Rayonda bu il də 100 min tondan artıq məhsul istehsal olunacaqdır”, - deyən Alı Alıyev rayonun strateji məhsul olan barama istehsalı sahəsində əldə etdiyi nəticələr barədə danışıb. Qeyd edib ki, ötən il rayonda 3.3 ton yaş barama istehsal olunmuşdursa cari ildə füzulili kümçülər tərəfindən 25 tondan artıq yaş barama tədarük məntəqələrinə təhvil verilmişdir. Bildirib ki, cari ildə rayonda 2050 hektar sahədə pambıq əkilmişdir ki, bu da ötən ilkindən 1500 hektar artıqdır.
Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müşavirədə aidiyyəti orqanlara qaz, su, işıq və digər kommunal ödənişlərin vaxtında yığılması, bununla bağlı əhali arasında müvafiq maarifləndirmə izahat işlərinin aparılması tapşırılıb.





Xəbər 1850 dəfə oxunub.



11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib

11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub


BÜTÜN XƏBƏRLƏR +