Deyəcəksiniz ki, yox, bu hara, o hara?
Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb


12.02.2025  11:22 

“Halal” adıyla haram kolbasa satan “Best Beef” kimindir?





A+  A-

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırma nəticəsində etiket məlumatında bəyan edilmədiyi halda, tərkibində donuz əti DNT-si aşkarlanan “Best Beef” əmtəə nişanlı kolbasa və sosis istehsalçısı bu nöqsana görə dəfələrlə cəzalanıbmış.

XəzərNews.az tribunainfo.az-a istinadən xəbər verir ki, bu, şirkətin ilk nöqsanı və bu nöqsana görə ilk cəzası deyil. Elə iki il öncə də eyni bu nöqsana görə “Best Beef”lə bağlı protokol imzalanıb. Belə ki, 2023-cü ildə iş adamı, fiziki şəxs Vüqar Tahirovun istehsal etdiyi “Best Beef” markalı bişmiş hisə verilmiş “Servalat” kolbasasında və əla növ “Ocaq” sosiskasında, üzərində donuz əti bəyan edilmədiyi halda, tərkibində donuz DNT-si aşkarlanmışdı.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) laborator sınaqları aparmaqla aşkar etmişdi.

V.Tahirova məxsus “Best Beef” əmtə nişanlı daha bir neçə məhsulda iki il sonra eyni nöqsanın aşkarlanması maraq doğurur. Görünür iş adamı V.Tahirov ilk protokoldan dərs çıxarmayıb və hələ neçə il də üzərində donuz əti bəyan edilmədiyi halda, tərkibində donuz DNT-si olan məhsular istehsal edib və satışa çıxarıb.

Qeyd edək ki, AQTA-nın dünən yaydığı məlumatda məlum oldu ki, “Best Beef” əmtəə nişanlı “Ocaq” sosis məhsulunun (11.11.2024-cü il istehsal tarixli) müayinəsi nəticəsində etiket məlumatında bəyan edilmədiyi halda, tərkibində donuz əti DNT-si aşkarlanıb.

Bildirilib ki, bununla bağlı “Elite Food Company” MMC-yə məxsus kolbasa emalı müəssisəsində keçirilən plandankənar yoxlama zamanı 450 qramlıq “Best Beef” əmtəə nişanlı “Ocaq” sosisindən (07.01.2025-ci il istehsal tarixli) və 1,130 kiloqramlıq “Best Beef” əmtəə nişanlı bişmiş “Doktorskaya” kolbasasından (06.01.2025-ci il istehsal tarixli) nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Sınaq nəticəsinə əsasən, bu məhsullarda da donuz DNT-si müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib. Eyni zamanda həmin məhsulların istehsalının dayandırılması, həmçinin emal edilmiş məhsul partiyalarının satışının qadağan olunması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Xatırladaq ki, sözügedən məhsulların istehsalçısı iş adamı Vüqar Tahirovdur.







Xəbər 2118 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +