Deyəcəksiniz ki, yox, bu hara, o hara?
Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb


10.12.2024  15:23 

Ətraf mühitin qorunması ilə bağlı layihə uğurla icra olunub -Fotolar





A+  A-

Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatları üçün keçirilən qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən “Dostluq” gənclərin əlaqələndirmə mərkəzi İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanı təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevirək” adlı layihənin təlimləri uğurla yekunlaşıb. İctimai Birlikdən bildirilib ki, təlimlərdə aidiyyəti qurumların nümayəndələri, ekologiya üzrə mütəxəssislər, ali təhsil müəssisələrinin tələbələri, müxtəlif regionlarda yaşayan və təhsil alan gənclər, özəl sektorun nümayəndələri, mərkəzin üzvləri və könüllülər iştirak ediblər

Xəzərnews.az xəbər verir ki, Təlimlərdə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu tarix yazaraq 30 illik işğala son qoyulduğu, ərazi bütövlüyümüzün təmin edildiyi, 44 günlük Vətən müharibəsində əldə edilən Zəfərimiz barədə məlumat verilib. Təlimlərdə çıxış edənlər insan inkişafı baxımından ekologiyanın qorunmasının təbii sərvətlərlə zəngin olan ölkələr üçün xüsusi önəm daşıdığını bildirib, yalnız innovativ, çevik və bilik üzərində qurulan strategiyaları olan ölkələrin uğur əldə edə biləcəklərini qeyd ediblər. Təlimlərdə bu sahə üzrə tədqiqat aparan, bu sahədə nəzəri və praktik biliklərə malik olan təlimçi və ekspertlər çıxışlarında ətraf mühitin qorunması və sudan səmərəli istifadə edilməsi konsepsiyası və prinsiplərinin təşviq olunmasını vacib hesab ediblər. Ekoloji maarifləndirmənin əhəmiyyəti, bu sahənin stimullaşdırılması məsələləri müzakirə olunub.



Təlimlərdə təhsilin idarəedilməsi üzrə ekspert dosent Yusif Ağayev, hüquqşünas professor İsaxan Vəliyev, insan inkişafı üzrə mütəxəssis Murtaza Həsənov, İKT üzrə mütəxəssis Əliyar Musayev, davamlı inkişaf və ekologiya üzrə mütəxəssis Murad Həsənxanlı və digərləri çıxış ediblər.

Təlimlər qarşılıqlı fikir mübadiləsi ilə keçib.



Xəbər 140 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +